AZAL-ın Bakı–İstanbul uçuşlarında dəyişiklik – Yeni plan yanvarın 4-dən tətbiq oluna bilər
AZAL Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı ilə həyata keçirəcək. AZAL-ın Sabiha Gökçen reysləri dayandırılır – Bütün uçuşlar İstanbul Beynəlxalq Hava Limanında (IST) cəmləşəcək.Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.
Məlumata görə, bu dəyişiklik aviaşirkətin uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir və reyslərin regionun ən böyük beynəlxalq aviasiya qovşaqlarından birində cəmləşdirilməsini nəzərdə tutur.
“Məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sayəsində sərnişinlərə növbəti səyahətlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, sosial şəbəkələrdə AZAL-ın yeni ildən İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçuşları dayandıracağı barədə məlumatlar yayılıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























