"Böyük layihələri borclanmadan həyata keçiririk"
Azərbaycan böyük layihələri borclanmadan həyata keçirir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, qlobal ticarətdə parçalanma meyilləri güclənir, təchizat zəncirləri yenidən formalaşır, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası dəyişir: "Beynəlxalq Valyuta Fondunun oktyabr qiymətləndirilməsinə görə, ortamüddətli dövrdə qlobal artım 3,2 % səviyyəsində qalacaq, pandemiyadan əvvəlki 3,7 %-lik templərə qayıdış isə gözlənilmir. Bu şəraitdə hər bir ölkənin inkişafı yeni artım mənbələrinin formalaşdırılmasından birbaşa asılıdır".
Nazir qeyd edib ki, Azərbaycanda bundan qabaqkı illərdə olunmuş iqtisadi nəticələr ölkənin qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib: "Müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyükmiqyaslı sosial paketlər reallaşdırılıb və əhalinin rifahı yüksəldilib. Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən ölkənin resursları hesabına həyata keçirilir. Bu il həcmli xərclərin icrası ilə yanaşı, 2026-cı ilin noyabrın 1-də strateji valyuta ehtiyatlarımız 2018-ci ilin sonu ilə müqayisədə 2 dəfə artaraq təxminən 89 milyard ABŞ dollarına çatıb".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















