Dünya enerji sənayesinin rəhbərləri Bakıda toplaşacaq
2030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək. Qlobal enerji gündəmi 2030-cu ildə Bakıda müzakirə olunacaq2030-cu ildə Bakıda keçiriləcək 27-ci “WPC Energy” Konqresinə ev sahibliyi ilə bağlı “WPC Energy” və “WPC Energy”nin Azərbaycan Milli Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının Energetika Nazirliyində keçirilən görüşdə energetika naziri Pərviz Şahbazov və “WPC Energy”nin prezidenti Pedro Miras imzalayıblar.
Görüşdə Konqresə hazırlıq prosesi, təşkilati məsələlər və tədbirə qədərki dövrdə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Energetika naziri Pərviz Şahbazov bildirib: “Dünya neft sənayesinin beşiyi olan Azərbaycanda “WPC Energy” Konqresinin keçirilməsi bu mötəbər beynəlxalq tədbirin öz tarixi köklərinə qayıdışı baxımından xüsusi əhəmiyyət daşıyır. Dünyada ilk dəfə sənaye üsulu ilə neft hasilatının həyata keçirildiyi, neft sənayesinin inkişafında mühüm yeniliklərə imza atmış Azərbaycanın 2030-cu ildə bu Konqresə ev sahibliyi etməsi həm tarixi, həm də strateji məna daşıyır. 30 ildən artıqdır keçirilən Bakı Enerji Həftəsinin zəngin təcrübəsi, eləcə də ölkəmizin beynəlxalq tədbirlərin təşkilində qazandığı uğurlar 27-ci “WPC Energy” Konqresinin yüksək səviyyədə keçirilməsi üçün möhkəm əsas yaradır. İnanırıq ki, Bakı Konqresi enerji sənayesinin tarixi irsi ilə müasir inkişaf istiqamətlərini bir araya gətirərək qlobal enerji dialoquna və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək”.
“WPC Energy”nin prezidenti Pedro Miras bildirib: “Azərbaycanın 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi edəcəyindən böyük məmnunluq duyuruq. Azərbaycan qlobal enerji sənayesinin tarixində və inkişafında mühüm rol oynayıb. Ölkənin beynəlxalq enerji dialoquna davamlı töhfələri bu mühüm tədbirə ev sahibliyi etməsini xüsusilə əlamətdar edir. Konqres dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, enerji sənayesinin rəhbərlərini, ekspertləri və digər maraqlı tərəfləri bir araya gətirərək fikir mübadiləsi aparmaq, ortaq çağırışları müzakirə etmək və enerjinin gələcəyi üçün praktik həll yollarını araşdırmaq baxımından mühüm imkan yaradacaq. Bakıda uğurlu Konqresin keçirilməsi üçün azərbaycanlı tərəfdaşlarımızla sıx əməkdaşlığı və “WPC Energy”nin qlobal ictimaiyyətini Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Azərbaycanın 2030-cu ildə keçiriləcək 27-ci “WPC Energy” Konqresinə ev sahibliyi edəcəyi 21 aprel 2026-cı ildə rəsmən təsdiqlənib. Əsası 1933-cü ildə qoyulmuş və iki ildən bir keçirilən Konqres dünyanın ən nüfuzlu enerji platformalarından biridir. Bütün enerji sektorunu, qlobal enerji çağırışlarını və praktik həll yollarını əhatə edən Konqres beynəlxalq dialoq və əməkdaşlıq üçün unikal platforma rolunu oynayır. Bu tədbirə ev sahibliyi Azərbaycanın beynəlxalq enerji məkanındakı mövqeyinin möhkəmləndirilməsi və strateji tərəfdaşlıqlarının daha da genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.
1933-cü ildə Dünya Neft Şurası (World Petroleum Council - WPC) adı ilə yaradılmış təşkilat 2023-cü ildən “WPC Energy” adı altında fəaliyyət göstərir. Qlobal enerji istehsalı və istehlakının 96 faizini təşkil edən 60 ölkənin nümayəndələrini birləşdirən WPC Energy öz fəaliyyətini Milli Komitələr şəbəkəsi vasitəsilə həyata keçirir. Bu şəbəkəyə 2005-ci ildə yaradılmış “WPC Energy”nin Azərbaycan Milli Komitəsi də daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























