Nvidia-da Jensen Huanqın geri qayıtması çağırışları güclənir
Jensen Huanqın Nvidia-nın baş direktoru vəzifəsinə qaytarılmasını tələb edən onlayn petisiyanı 170 mindən çox şəxs imzalayıb. Huanqın ötən həftə istefasından sonra texnologiya sektorunun tanınmış rəhbərləri, şirkətin əməkdaşları və səhmdarları ona dəstək veriblər.
Marja xəbər verir ki, “Stand with Jensen” (“Jensenə dəstək ol”) kampaniyasına İlon Mask, Y Combinator-un baş direktoru Qarri Tan və Epic Games-in baş direktoru Tim Svini də qoşulublar.
“Financial Times” isə məsələdən xəbərdar bir neçə şəxsə istinadən yazıb ki, Huanq Nvidia-nın baş direktoru vəzifəsinə qayıtmaq imkanını yaxın çevrəsi ilə müzakirə edib.
İlon Mask cümə günü X platformasında petisiyanı imzaladığını bildirib. Qarri Tan da petisiyaya qoşulduğunu açıqlayaraq Huanqla bağlı ədalətli araşdırma aparılmasına çağırıb. Tim Svini isə bazar günü petisiyanı “Jenseni xilas edin!” sözləri ilə paylaşıb.
Shopify-ın baş direktoru Tobias Lütke və Uber-in keçmiş baş direktoru Travis Kalanik də petisiyanı imzaladıqlarını X-də təsdiqləyiblər. Hugging Face-in baş direktoru Jülyen Şomonun adı da imzaçılar siyahısında yer alıb.
CNBC siyahıda özünü Nvidia-nın hazırkı və ya keçmiş əməkdaşı kimi təqdim edən onlarla şəxsin olduğunu müəyyən edib. Petisiya saytında qeyd olunur ki, imzaçılar şirkətlə əlaqələrini özləri göstərirlər və bu məlumatlar yoxlanılmır.
Nvidia yeni baş direktor axtarır
1993-cü ildə Nvidia-nın həmtəsisçilərindən biri olan Huanq şirkətin süni intellekt çiplərinin aparıcı təchizatçısına çevrilməsində mühüm rol oynayıb. O, şəxsi münasibətləri barədə xəbərlər yayıldıqdan sonra şirkətin prezidenti, baş direktoru və direktorlar şurasının üzvü vəzifələrindən istefa verib. Həmin xəbərlərdə qadınlardan birinin Çin kəşfiyyatı ilə əlaqələrinin ola biləcəyindən şübhələnildiyi bildirilirdi.
Nvidia-nın direktorlar şurası baş direktor vəzifəsi üçün həm şirkət daxilindən, həm də kənardan namizədləri nəzərdən keçirir. Şirkətin uzun müddət maliyyə direktoru olmuş Kolet Kress hazırda baş direktor vəzifəsini müvəqqəti icra edir.
Direktorlar şurası Huanqın istefasına səbəb olan hallarla bağlı müstəqil araşdırmanı davam etdirir. ABŞ qanunvericiləri də iddia edilən münasibətin milli təhlükəsizliyə və ölkənin süni intellekt sahəsində liderliyinə mümkün təsirlərini, eləcə də Huanqın prezident Donald Tramp və onun administrasiyası ilə yaxın əlaqələrini araşdırmağa hazırlaşırlar.
Əməkdaşlar və investorlar Huanqa dəstək verir
Petisiyanın müəllifləri Nvidia-nın direktorlar şurasını ədalətli araşdırma aparmağa və Huanqın istefasının səbəbləri barədə daha şəffaf məlumat verməyə çağırırlar. Mask bundan əvvəl Huanqı işə götürməyin onun üçün şərəf olacağını da bildirmişdi.
Özünü Nvidia-da robototexnika mühəndisi kimi təqdim edən Darrell Dai Huanqın istefasından sonra şirkətdən ayrılmaq qərarına gəldiyini açıqlayıb. Onun sözlərinə görə, Huanqın texnoloji baxışı və formalaşdırdığı mühəndislik mədəniyyəti şirkətdə qalmasının əsas səbəblərindən olub. Nvidia-da səkkiz ilə yaxın çalışdığını bildirən Vartika Sinqh isə ailəsində ciddi sağlamlıq problemi yaşandığı dövrdə Huanqın ona göstərdiyi dəstəyi qeyd edib.
Altimeter Capital-ın baş direktoru Bred Gerstner və Atreides Management-dən Qevin Beyker cümə günü açıq məktubla Nvidia-nın direktorlar şurasına müraciət ediblər. Onlar daimi baş direktor barədə qərar verməzdən əvvəl Huanqın geri qayıtması da daxil olmaqla bütün variantların nəzərdən keçirilməsini istəyiblər.
Counterpoint Research-ün araşdırmalar üzrə vitse-prezidenti Nil Şah CNBC-yə bildirib ki, Huanqın mümkün qayıdışı Nvidia səhmlərinə müsbət təsir göstərə bilər. Onun fikrincə, əsas sual direktorlar şurasının Huanqın səlahiyyətlərinə yeni məhdudiyyətlər qoyub-qoymayacağı və bu məhdudiyyətlərin onun əvvəlki sürətlə işləməsinə necə təsir edəcəyidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























