Manat əmanətlərinin faiz gəlirinə vergi - 18 aylıq manat əmanətlərində vergi güzəşti bitir
18 aylıq manat əmanətlərində vergi güzəşti bitir – Bankda pulu olanlar üçün nə dəyişir? Manat əmanətlərinin faiz gəlirinə vergi – Deputat güzəştin daha 3 il uzadılmasını istəyir Manat əmanətindən ayda 200 manatdan çox faiz qazananları nə gözləyir?"Gələn ildən etibarən “Vergi Məcəlləsində” bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü, həmçinin bir sıra güzəştlərin müddəti başa çatır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin uzadılması da nəzərdə tutulur. Bununla belə, “Vergi Məcəlləsinin” 102.1.22-4 maddəsi üzrə güzəşt müddəti növbəti ildən başa çatır".
“Marja.az” xəbər verir ki, bunu "Facebook" səhifəsində deputat Vüqar Bayramov bildirib.
Millət vəkili qeyd edib ki, paketdə bu güzəşt müddətinin artırılması nəzərdə tutulmayıb:
"Mövcud qanunvericiliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi və eləcə də milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi gəlir vergisindən azaddır. Bu o deməkdir ki, növbəti ildən bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatdan çox olan hissəsi üzrə gəlir vergisinə cəlb olunacaq.
Deməli, 2026-i ildə bankda 18 ay və daha çox müddətə yerləşdirilən əmanətlər üzrə aylıq faizi gəliri 200 manatdan çox olduğu halda o gəlirlər növbəti ildən etibarən vergiyə cəlb ediləcək. Məsələn, hazırda bankda olan əmanətin aylıq gəliri 500 manatdırsa, yeni ildən etibarən onun 300 manatına gəlir vergisi tətbiq olunacaq.
Güzəştlər həm vətəndaşlarımızın gəlirlərinin reallığı, həm da banklarda əmanətlərin strukturunun dəyişdirilməsi baxımdan vacib idi. Hazırda, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76.4 faizi və ya 41,8 milyard manat. Depozit portfelinin 57.4%-i hüquqi şəxslərin, 42.6%-i isə fiziki şəxslərin əmanətidir.
Fiziki şəxslərin əmanət portfelinin 64.7 faizi müddətli əmanətlərdən ibarətdir. Güzəştlər tətbiq olunandan bəri isə unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minədək yüksəlib. Unikal müddətli əmanətçi sayı ilin əvvəlindən 16.4% artıb. Göründüyü kimi, 3 il öncə qəbul edilən güzəştlər bank sektorunda kreditlərin strukturunu əhəmiyyətli dərəcədə dəyişib. Təbii ki, burada digər faktorlar, o cümlədən Mərkəzi Bank tərəfindən aparılan sağlamlaşdırma tədbirləri və islahatların dərinləşməsi də xüsusi təsirlərə malikdir.
Bununla yanaşı, 2030-cu il üçün hədəf biznes kreditlərin payını daha artırmaqdır. Bunun üçün isə bankların uzunmüddətli depozitlərə ehtiyacı var. Bu həmçinin M0 aqreqatının payının azaldılması baxımdan vacibdir. Bu baxımdan, vergi güzəştləri qısa müddətli fiskal gəlirdən daha çox uzun müddətli iqtisadi gəlirə hesablanmalıdır. Digər tərəfdən, bu güzəştləri uzadılmasının iqtisadi səmərəsi fiskal effektindən daha çoxdur. Çünki, hər milyard manatlıq əmanət üzrə orta hesabla 8 faiz divident gəliri və onun da 10 faiz gəlir vergisinə cəlbini nəzərə alsaq bu dəyişikliklər strateji məqsədlərə xidmət etməlidir.
Bunun üçün, banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlərin də daha 3 il müddətində gəlir vergisindən azad edilməsi məqsədəuyğun olardı. Yəni, əmanətlər ilə bağlı vergi güzəştlərin müddətinin gələn ildən etibarən daha 3 il müddətinə uzadılması arzuolunandır. Qeyd edək ki, bu təklifi komitə iclasında da təqdim etmişik. Güzəşt müddətinin uzadılması bank sektorunda aparılan islahatların vergi-fiskal siyasət ilə daha yaxından dəstəklənməsi və eləcə də depozit portfelində uzun müddətli öhdəliklərin payının artırılması baxımdan da vacibdir."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















