Özünüzə kredit qadağası qoymusunuz, amma adınıza onlayn kredit verilib? – Borcu kim ödəyəcək?
Qadağaya baxmayaraq adınıza onlayn kredit verilmişdirsə, həmin borcu ödəmək öhdəliyiniz yoxdur.Özünəqadağa tətbiq etmiş şəxsin adına qadağaya baxmayaraq məsafədən istehlak krediti rəsmiləşdirilərsə və ya kredit limiti artırılarsa, bunun hüquqi nəticələri nə olacaq? Belə hallarda vətəndaşın hüquqları necə qorunur?
Oktyabrın 1-dən qüvvəyə minən yeni mexanizm barədə Marja.az-ın suallarını cavablandıran Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə qeyd edib ki, qaydaların tələblərinə əsasən kredit təşkilatları məsafədən istehlak krediti rəsmiləşdirməzdən və ya kredit limitini artırmazdan əvvəl müştərinin özünəqadağa tətbiq edib-etmədiyini yoxlamalıdırlar:
"Özünəqadağa qüvvədə olduğu halda vətəndaşın adına məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına yol verilmir. Belə müraciət daxil olduqda kredit təşkilatı müştərini mobil tətbiq və ya SMS vasitəsilə məlumatlandırmalıdır. Özünəqadağa qüvvədə olduğu halda kredit rəsmiləşdirilərsə və ya kredit limiti artırılarsa, borcalan həmin kredit və ya artırılmış kredit limit üzrə öhdəlikdən azad edilir. Bu tələblər özünəqadağa mexanizminin vətəndaşlar üçün nəzərdə tutduğu əsas hüquqi müdafiə təminatlarından biridir".
Şahin Mahmudzadə əlavə edib ki, özünəqadağa yalnız məsafədən rəsmiləşdirilən istehlak kreditlərinə və mövcud istehlak kreditləri üzrə kredit limitinin məsafədən artırılmasına şamil edilir:
"Başqa sözlə, vətəndaş özünəqadağa tətbiq etdikdə onun adına onlayn kanallar vasitəsilə yeni istehlak krediti rəsmiləşdirilməsi və ya mövcud kredit limitinin artırılması mümkün olmur. Bu məhdudiyyət sahibkarlıq fəaliyyəti ilə bağlı kreditlərə, eləcə də istehlak məqsədi daşımayan digər kreditlərə şamil edilmir. Həmçinin, özünəqadağa vətəndaşın kredit təşkilatına şəxsən müraciət etməklə kredit əldə etməsinə mane olmur. Yəni vətəndaş özünəqadağa tətbiq etsə belə, kredit təşkilatına fiziki qaydada müraciət edərək müvafiq kredit məhsulundan istifadə edə bilər".
Vətəndaşlar özünəqadağanı iki üsulla tətbiq edə bilərlər:
"Birinci halda, vətəndaş istənilən kredit təşkilatına müraciət edərək yalnız həmin təşkilat üzrə özünəqadağa tətbiq edə bilər. Bu halda məhdudiyyətin ləğvi vətəndaşın kredit təşkilatında fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə təqdim etdiyi yazılı müraciət əsasında həyata keçirilir.
İkinci halda, vətəndaş Findoc.az elektron platforması və ya mobil tətbiqi vasitəsilə müraciət edərək özünəqadağanı eyni vaxtda ölkə üzrə bütün kredit təşkilatlarına şamil edə bilər. Bu üsul vətəndaşa bütün kredit təşkilatları üzrə vahid məhdudiyyət tətbiq etmək imkanı yaradır. Özünəqadağa könüllü xarakter daşıyır və vətəndaş istənilən vaxt onu ləğv edə bilər. Bununla belə, Azərbaycan Kredit Bürosu vasitəsilə, yəni Findoc platformasında bütün kredit təşkilatlarına şamil edilməklə tətbiq edilmiş özünəqadağanın ləğvi müraciət edildikdən 24 saat sonra qüvvəyə minir. Bu müddət vətəndaşın qərarını yenidən nəzərdən keçirməsi və mümkün hallarda üçüncü şəxslərin təsiri altında tələsik qərar qəbul etməsinin qarşısını almaq üçün nəzərdə tutulub",- Şahin Mahmudzadə bildirirb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















