İcbari sığortanın müddəti bitəndə “mygov” da xəbər verəcək
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” platforması vasitəsilə də təqdim olunur . Avtomobil və əmlak sahiblərinə yenilik – İcbari sığorta bildirişləri “mygov”a gəldiİcbari Sığorta Bürosu rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaşların sığorta məlumatlarına çıxışının asanlaşdırılması və məlumatlandırma imkanlarının təkmilləşdirilməsi istiqamətində daha bir yeniliyi həyata keçirib.
Marja xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində İcbari Sığorta Bürosunun informasiya sistemi ilə “mygov” rəqəmsal hökumət platforması arasında inteqrasiya təmin edilib.
Yeni inteqrasiya nəticəsində vətəndaşlar icbari sığorta müqavilələri ilə bağlı bildirişləri artıq “mygov” platforması vasitəsilə də əldə edə bilərlər.
Bildirişlər avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə müqavilənin qeydiyyatı, sığorta haqlarının ödənilməsi, müqavilələrin qüvvədə olma müddətinin başa çatması, müqavilələrin statusunda baş verən dəyişikliklər və digər müvafiq halları əhatə edir.
Bu yenilik vətəndaşların sığorta müqavilələri ilə bağlı məlumatları vaxtında və rahat şəkildə əldə etməsinə, məlumatlandırma kanallarının genişləndirilməsinə və rəqəmsal xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.
İcbari Sığorta Bürosu dövlət informasiya sistemləri ilə inteqrasiyanın genişləndirilməsi, sığorta sahəsində rəqəmsal həllərin tətbiqi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















