Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı
KASKO, tibbi və əmlak sığortası – “İpək Yolu Sığorta”nın 24 icazəsi ləğv edildi. Sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun yeni sığorta müqavilələri bağlamasını və sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, “İpək Yolu Sığorta” ASC-nin müraciətinə əsasən, 11 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi “Aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası”, “Elektron cihaz və avadanlıq sığortası”, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası”, “Fiziki şəxslərin əmlakının sığortası”, “Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası”, “Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əmlakının sığortası”, “Hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası”, “Hava nəqliyyat vasitələrinin sığortası”, “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası”, “İş fəaliyyəti prosesinin dayanmasının sığortası”, “İşəgötürənin məsuliyyətinin sığortası”, “Könüllü tibbi sığorta”, “Montaj sığortası”, “İpoteka predmeti olan əmlakın sığortası”, “Qiymətli əşyaların daşınması sığortası”, “Bankların və maliyyə xidmətləri göstərən digər hüquqi şəxslərin risklərinin kompleks sığortası”, “Səyahətin kompleks sığortası”, “Tikinti-quraşdırma riskləri sığortası”, “Ümumi məsuliyyətin və peşə məsuliyyətinin sığortası”, “Yüklərin sığortası”, “Auditorların peşə məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Sərnişinlərin icbari fərdi qəza sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.3-cü maddəsinə əsasən, sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.
Gələcəkdə “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının biznes fəaliyyəti və strateji hədəfləri ilə əlaqədar olaraq cəmiyyətin sığorta fəaliyyəti istiqamətində dəyişiklik zərurəti yarandığı təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Banka müraciət ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























