Nvidia Huangın istefasından sonra ilk hesabatını açıqlayacaq – Uoll-Strit 109,1 milyard dollar gəlir gözləyir
Nvidia səhmləri bir ayda 24 faiz ucuzlaşıb – Huangdan sonrakı ilk hesabat açıqlanır. vidia üçün iki əsas sual – Rüblük gəlir nə qədər olacaq, Çin biznesini nə gözləyir?Nvidia noyabrın 17-də ABŞ birjalarında ticarət başa çatdıqdan sonra rüblük maliyyə nəticələrini açıqlayacaq. Bu, şirkətin həmtəsisçisi Censen Huangın baş direktor vəzifəsindən istefasından sonrakı ilk hesabat olacaq.
Marja.az xəbər verir ki, LSEG-in topladığı analitik proqnozlarına əsasən, Nvidia-nın rüblük gəlirinin 109 milyard 100 milyon dollar, səhm başına mənfəətinin isə 2,47 dollar olacağı gözlənilir.
Nvidia-nın ötən ilin eyni rübündə gəliri 59 milyard dollar olub. Bu göstərici ilə müqayisədə 109 milyard 100 milyon dollarlıq proqnoz 50 milyard 100 milyon dollar və ya təxminən 85 faiz artım deməkdir.
Səhmlər noyabrda 24 faiz ucuzlaşıb
Nvidia səhmləri ötən cümə günü ardıcıl altıncı həftəni enişlə başa vurub. Bu, şirkətin səhmləri üzrə 2012-ci ildən bəri ən uzun həftəlik eniş seriyasıdır. Bazar ertəsi isə səhmlər 2025-ci ilin iyulundan bəri ən aşağı bağlanış səviyyəsinə düşüb. CNBC-nin məlumatına görə, rəhbərlik dəyişikliyi ilə yanaşı, süni intellekt sektorunda artımın yavaşıması ilə bağlı narahatlıqlar da səhmlərə təzyiq göstərir.
Çin biznesi və yeni rəhbərliyin açıqlamaları diqqət mərkəzindədir
ABŞ Ticarət Nazirliyi bazar ertəsi Çin şirkətlərinin Nvidia çiplərini icarəyə götürməsinin qarşısını almağa yönələn qayda dəyişikliyini açıqlayıb. CNBC yazır ki, bu addım Nvidia-nın Çinlə bağlı gəlirlərinə təsir göstərə bilər.
Uoll-Strit şirkətin maliyyə direktoru və baş direktor vəzifəsini müvəqqəti icra edən Kolet Kressin rəhbərlik dəyişikliyindən sonra ilk açıq açıqlamalarını gözləyir. Silikon Vadisində Huangın vəzifəsinə qaytarılmasına çağırışlar səslənsə də, CNBC-yə danışan mənbənin sözlərinə görə, Nvidia-nın direktorlar şurası bu variantı nəzərdən keçirmir.
Nəticələrə dair konfrans Bakı vaxtı ilə isə noyabrın 18-nə keçən gecə saat 02:00-da başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























