Bakı dünya ulduzlarının tur xəritəsinə daxil edilə bilər – 10 illik saziş imzalanıb
Bakını dünya ulduzlarının konsert turlarına daxil etmək üçün 10 illik saziş imzalanıbDream Group International və iTicket Production Azərbaycana dünya şöhrətli ifaçıların cəlb edilməsi, Bakının beynəlxalq konsert turlarının marşrutlarına daxil edilməsi və ölkədə iri festivalların təşkili üzrə 10 illik strateji tərəfdaşlıq sazişi imzalayıb.
Marja.az “Agalarov Development”in paylaşımına istinadən xəbər verir ki, sənədi Dream Group International adından Emin Ağalarov, iTicket Production adından isə Ziya Məmmədov imzalayıb.
Tərəfdaşlığın əsas məqsədi Azərbaycanı beynəlxalq konsertlər, irimiqyaslı festivallar və mədəni tədbirlər üçün aparıcı məkanlardan birinə çevirmək, ölkənin dünya əyləncə sənayesində mövqeyini gücləndirmək və tədbir turizmini inkişaf etdirməkdir. Şirkətlər tanınmış festival və şou formatlarını Azərbaycana gətirmək, eləcə də uzunmüddətli inkişaf potensialı olan yeni əyləncə layihələri yaratmaq niyyətindədirlər.
Sea Breeze üçün 10 illik yol xəritəsi hazırlanacaq
Əməkdaşlığın əsas istiqamətlərindən biri Sea Breeze ərazisində beynəlxalq miqyaslı əyləncə ekosisteminin yaradılmasıdır. Bunun üçün tərəflər 10 illik inkişaf yol xəritəsi üzərində işləyəcəklər. Yol xəritəsi beynəlxalq musiqi və mədəniyyət tədbirlərinin təşkilini, yeni festival konsepsiyalarının hazırlanmasını, əyləncə infrastrukturunun inkişafını, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsini və yerli istedadların dəstəklənməsini əhatə edəcək.
Azərbaycana daha çox xarici qonaq cəlb etmək üçün şirkətlər aviaşirkətlər, hotellər, turizm operatorları və sektorun digər iştirakçıları ilə əməkdaşlıq imkanlarını da nəzərdən keçirəcəklər. Tərəflər iri beynəlxalq tədbirlərin ölkənin turizm potensialından daha geniş istifadəyə, xidmət sektorunun inkişafına və iqtisadi fəallığın artmasına töhfə verəcəyini gözləyirlər.
Saziş tərəflərin beynəlxalq əlaqələrini, təşkilati təcrübəsini və peşəkar resurslarını birləşdirməyi də nəzərdə tutur. Birgə layihələrdə ifaçıların cəlb edilməsi, tədbirlərin təşkili, bilet satışı, marketinq, sponsorluq və konsert məkanlarının idarə olunması üzrə təcrübə mübadiləsi aparılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























