“Qarabağ tekstil evi”nin təsisçisi: "Müştəri problemimiz yoxdur, məhsullarımız satılır"
"İxrac məqsədilə xarici bazarı araşdırırıq, Gürcüstan, Moldova və Serbiya ilə danışıqlar gedir". “Qarabağ tekstil evi” Xocalıda geyim istehsalına da hazırlaşır.“Qarabağ tekstil evi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) də Böyük Qayıdışın ilk günlərindən Qarabağda yüngül sənayenin inkişafına və yerli əhalinin işlə təmin olunmasına layiqli töhfə verən müəssisələrdəndir. 2024-cü ilin oktyabr ayından Xankəndidə fəaliyyətə başlayan MMC bu il istehsalı və işçi sayını artırmaq məqsədilə yeni ünvana köçüb, Prezident İlham Əliyev mayın 28-də Xocalı şəhərində müəssisənin açılışında iştirak edib.
MMC-nin təsisçisi Rizvan Məhəmmədovla iş başında görüşdük, müəssisənin fəaliyyəti barədə məlumat aldıq. Bildirdi ki, rəhbərlik etdiyi tekstil evində hazırda əksəriyyəti yerli sakinlər olmaqla 120 nəfərə yaxın işçı çalışır, məqsəd işçi sayını 200 nəfərə çatdırmaqdır:
"Müxtəlif çeşidlərdə ev tekstili məhsulları – yastıq, yorğan, döşək, yataq dəstləri, dəsmallar istehsal edirik. Türkiyənin və Çinin müasir avadınlıqları ilə təhciz olunmuş müəssisəmizin illik istehsal gücü 1 milyon ədədə çatır. İstehsalımızın 75 faizi daxili bazar üçün nəzərdə tutulub, yerli tələbatı ödəyirik. Müştəri problemimiz yoxdur, məhsullarımız satılır. Daha çox məhsul istehsal etmək imkanımız var. Odur ki, ixrac məqsədilə xarici bazarı araşdırırıq, Gürcüstan, Moldova və Serbiya ilə danışıqlar gedir.
Yaxın gələcəkdə isə mülki üst və ev geyimlərinin istehsalına da başlanılması planlaşdırılır. Bu məqsədlə, yeni avadanlıqlar sifariş vermişik, geyim istehsalında daha 100 nəfər işlə təmin olunacaq".
Öyrəndik ki, ilkin investisiya dəyəri 4,2 milyon manat olan “Qarabağ tekstil evi”nin yaradılmasına Azərbaycan Biznesinin İnkişafı Fondu 3,2 milyon manat məbləğində güzəştli kredit ayırıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanır.
Xankəndi, Xocalı azadlığına qovuşduqdan cəmi 3 ay sonra iş qurmaq üçün Qarabağa gəldiyini deyən həmsöhbətimiz burada fəaliyyət göstərməyi, bərpa-quruculuğa töhfə verməyi özünə borc bildiyini dedi:
"Fəxr edirəm ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərirəm. Burada sahibkarlar üçün bütün imkanlar yaradılıb. Tam səmimi deyirəm, geniş imkanlar, güzəştlər olmasaydı belə, yenə həvəslə Qarabağa gələrdim. Əl-ələ verib bu torpaqları yenidən cənnətə çevirəcəyik".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Xalq Qəzeti"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























