Azərbaycanın özəl nəqliyyat şirkəti Sumqayıtda yığılan 150 “BYD” elektrik avtobusu satın alır
“Faiqoğlu” və “AEAF” arasında 150 “BYD” elektrik avtobusunun satın alınması ilə bağlı niyyət protokolu imzalanıb17 noyabr tarixində “Hilton Baku” otelində “Faiqoğlu” şirkəti ilə "SARDA Group"un portfelinə daxil olan Azərbaycan Enerji Avtomobil Zavodu (Azerbaijan Energy Automotive Factory – “AEAF”) arasında niyyət protokolunun imzalanma mərasimi keçirilib.
Marja xəbər verir ki, sənəd “Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov və “AEAF”in direktoru Tariyel Rüstəmov tərəfindən imzalanıb. Tədbirdə hər iki şirkətin müvafiq struktur bölmələrinin nümayəndələri, aidiyyəti qurumların təmsilçiləri və digər dəvətli qonaqlar iştirak ediblər.
Niyyət protokoluna əsasən, Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən “AEAF”də yerli yığımı həyata keçirilən 150 yeni, tam elektrik mühərrikli “BYD” avtobusunun satın alınması nəzərdə tutulur.
Xüsusilə vurğulamaq lazımdır ki, “Faiqoğlu” şirkəti “AEAF” ilə əməkdaşlıq edən ilk özəl nəqliyyat şirkətidir. Bu tərəfdaşlıq yerli istehsal imkanlarının genişləndirilməsi ilə yanaşı, özəl sektorun ölkədə elektrik nəqliyyatının inkişafına cəlb olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Razılaşma tərəflər arasında əməkdaşlığın inkişafı və ölkədə elektrik nəqliyyatının genişləndirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, iqtisadi və ekoloji inkişaf üçün yeni əməkdaşlıq perspektivləri açır.
Azərbaycanın yaşıl iqtisadiyyata keçid və dayanıqlı nəqliyyat sisteminin inkişafı üzrə dövlət strategiyasını dəstəkləyən bu əməkdaşlıq ölkəmizdə ekoloji təmiz ictimai nəqliyyatın inkişafına, nəqliyyat sektorunun elektrikləşdirilməsinə və karbon emissiyalarının azaldılmasına töhfə verəcək. Eyni zamanda, “AEAF”də yerli istehsalın genişləndirilməsi sənaye potensialının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və ölkədə dayanıqlı nəqliyyat infrastrukturunun formalaşdırılmasına xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























