"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək
“İpək Yolu Sığorta” ASC qüvvədə olan sığorta müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam həcmdə icrasını təmin edəcəkdir.“İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasının məhdudlaşdırılması barədə rəsmi məlumat yayıb.
Qeyd edilib ki, “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti uzunmüddətli strateji hədəflərinə və gələcək inkişaf prioritetlərinə uyğun olaraq, fəaliyyət istiqamətlərinin yenidən qiymətləndirilməsi və optimallaşdırılması çərçivəsində, sığorta fəaliyyəti üzrə lisenziyasının könüllü qaydada məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi müraciət etmişdir.
Könüllü müraciətə əsasən, 11 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyası məhdudlaşdırılmışdır. Bununla yanaşı, “İpək Yolu Sığorta” ASC qüvvədə olan sığorta müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam həcmdə icrasını təmin edəcəkdir.
Şirkətin strateji inkişaf prioritetlərinə uyğun olaraq, qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və planlaşdırılan yeniliklər barədə əlavə məlumatlar təqdim olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























