Daha bir BOKT illik 15 faizlə 5 milyon manatlıq istiqraz buraxır
Mənfəəti iki dəfədən çox artan “İdeal Kredit” istiqrazla 5 milyon manat cəlb etməyi planlaşdırır. “İdeal Kredit”in kredit portfeli 47 faiz böyüyüb.Bank olmayan kredit təşkilatı (BOKT) “İdeal Kredit” MMC ümumi nominal dəyəri 5 milyon manat olan istiqrazlar buraxır İstiqrazların illik kupon dərəcəsi 15 faiz, tədavül müddəti 5 il nəzərdə tutulub.
Marja.az təşkilatın baza emissiya prospektinə istinadən xəbər verir ki, buraxılış hər birinin nominal dəyəri 100 manat olan 50 min istiqrazı əhatə edir. Manatla buraxılacaq qiymətli kağızlar faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır. Cəlb ediləcək vəsaitin əsasən kredit portfelinin genişləndirilməsinə yönəldilməsi planlaşdırılır.
Prospektin faiz ödənişlərinə dair bölmələrində kuponun hər 90 gündən bir ödənilməsi və bir istiqraz üzrə hər ödənişin 3 manat 75 qəpik təşkil etməsi göstərilib. İstiqrazın nominal dəyərinin sonuncu kuponla birlikdə ödənilməsi nəzərdə tutulur. Bununla yanaşı, prospektin təklif şərtlərinə dair 5.1.2-ci bəndində kupon ödənişi aylıq göstərilib. Yerləşdirmə tarixləri yekun şərtlərdə açıqlanacaq.
İstiqrazların Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə kütləvi təklif edilməsi nəzərdə tutulur. Prospektdə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC öhdəlik götürmədən anderrayter, Milli Depozit Mərkəzi isə ödəniş agenti kimi göstərilib. İstiqrazlar üzrə təminat və kredit reytinqi yoxdur.
Yarımillik xalis mənfəət 2 dəfədən çox artıb
“İdeal Kredit” 2026-cı ilin yanvar–iyun aylarında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 863 min 820 manat olub. Beləliklə, xalis mənfəət 1 milyon 15 min 89 manat və ya 117,5 faiz artıb. Vergidən əvvəlki mənfəət 1 milyon 79 min 580 manatdan 2 milyon 348 min 636 manata yüksəlib.
2026-cı il iyunun 30-na təşkilatın aktivləri ötən ilin eyni tarixi ilə müqayisədə 9 milyon 189 min 753 manat və ya 42 faiz artaraq 31 milyon 62 min 703 manata çatıb. Kredit portfeli həmin dövrdə 9 milyon 831 min 633 manat və ya 47,3 faiz artımla 30 milyon 629 min 643 manat olub.
Cəmi öhdəliklər 5 milyon 133 min 970 manat və ya 37,5 faiz artaraq 18 milyon 831 min 488 manata, kapital isə 4 milyon 55 min 784 manat və ya 49,6 faiz artaraq 12 milyon 231 min 216 manata yüksəlib. Eyni dövrdə pul vəsaitləri 259 min 849 manat və ya 60,7 faiz azalaraq 167 min 951 manata enib. Yarımillik göstəricilər audit olunmayıb, qəpiklə verilən məbləğlər isə tam manata yuvarlaqlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















