Uoller FED-i dekabrda faizi 0,5 faiz bəndi artırmağı nəzərdən keçirməyə çağırıb
FED-də daha sərt faiz artımı çağırışı – Uoller dekabrda 0,5 faiz bəndini gündəmə gətirdiABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) İdarə Heyətinin üzvü Kristofer Uoller inflyasiyanın hələ də arzuolunmaz istiqamətdə getdiyini bildirib. Onun fikrincə, FED dekabr iclasında faiz dərəcəsini daha 0,5 faiz bəndi artırmaq variantını nəzərdən keçirməlidir.
Marja.az xəbər verir ki, Uoller CNBC-yə açıqlamasında “İnflyasiyanı aşağı salmaq üçün faiz artımlarında bir qədər daha sərt davranmalıyıq” deyib.
FED rəsmiləri oktyabr iclasından bəri əlavə faiz artımlarının zəruriliyi barədə geniş razılığın olduğunu bildiriblər. Artımların tempi ilə bağlı isə fərqli mövqelər səsləndirilib.
Uoller daha əvvəl dekabrda faiz artımını dəstəkləyəcəyini bildirmişdi. O, inflyasiya sürətlənməyə davam edərsə, FED-ə etimadı qorumaq üçün 0,5 faiz bəndlik artımın lehinə olacağını demişdi.
Nyu-York FED-inin rəhbəri daha iri artıma ehtiyac görmür
Nyu-York Federal Ehtiyat Bankının prezidenti Con Uilyams FED-in qeyri-adi dərəcədə böyük faiz artımını nəzərdən keçirməsi təklifi ilə razılaşmayıb. Bununla belə, o, inflyasiyanı 2 faizlik hədəfə qaytarmaq üçün FED-in hələ görəcəyi işlərin olduğunu bildirib.
“Vəziyyətin kəskin tədbir tələb etdiyini düşünmürəm”, – Uilyams Axios-un Nyu-Yorkda təşkil etdiyi tədbirdə deyib. Onun sözlərinə görə, komitənin məlumatları təhlil etmək üçün vaxt ayırması indiyədək yaxşı nəticə verib.
Bazar dekabr və yanvarda 0,25 faiz bəndlik artım gözləyir
Fyuçers bazarındakı qiymətlər investorların FED-dən dekabr və yanvar aylarında hər dəfə 0,25 faiz bəndlik artım, aprelədək isə daha bir artım gözlədiyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























