Mərkəzi Bank manatın məzənnə sabitliyini qorumaq üçün sərəncamındakı bütün alətlərdən istifadə edəcək
Mərkəzi Bank 2027-ci ilin büdcə layihələrini dəstəkləyir – Taleh KazımovAzərbaycan Mərkəzi Bankı (AMB) 2027-ci il üzrə Milli Məclisə təqdim olunan büdcə layihələrini dəstəkləyir.
Marja.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.
Kazımovun sözlərinə görə, cari büdcə xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi onların daha dayanıqlı mənbələrdən maliyyələşdirilməsinə imkan verir. Büdcənin ümumi gəlirlərində qeyri-neft-qaz gəlirlərinin payının artması isə büdcənin neft sektorundan asılılığını azaltmağa xidmət edir. AMB sədri Dövlət Neft Fondundan büdcəyə transfertin azaldılmasını da strateji valyuta ehtiyatlarının uzunmüddətli dayanıqlığı baxımından müsbət qiymətləndirib.
Kazımov bildirib ki, Mərkəzi Bankın təhlilinə əsasən, cari büdcə xərclərinin inflyasiyaya təsiri əhəmiyyətli sayılmır, əsaslı xərclərin təsiri isə neytral qiymətləndirilir. O, fiskal siyasətlə pul siyasəti arasında son illərdə qurulmuş sıx koordinasiyanın növbəti illərdə də davam edəcəyinə və makroiqtisadi sabitliyə töhfə verəcəyinə ümid etdiyini deyib.
AMB sədrinin sözlərinə görə, 2027-ci ildə qiymət sabitliyi pul siyasətinin əsas hədəfi olacaq. Mərkəzi Bank sərəncamındakı bütün alətlərdən istifadə etməklə manatın məzənnə sabitliyini qorumağı hədəfləyir.
Kazımov 2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasının icra səviyyəsinin 91 faiz olduğunu bildirib. Mərkəzi Bank 2027–2030-cu illəri əhatə edəcək yeni strategiyanı ilin sonunadək hazırlamağı nəzərdə tutur. Strategiyanın birinci istiqaməti real sektorun maliyyələşdirilməsini, rəqəmsallaşmanı, innovativ həllərin tətbiqini və maliyyə xidmətlərinə çıxışın genişləndirilməsini əhatə edəcək. İkinci istiqamət tənzimləmə siyasətini təkmilləşdirməklə maliyyə sektorunun dayanıqlığını təmin etməkdir.
XXX
Azərbaycan Mərkəzi Bankının (AMB) qiymətləndirməsinə görə, 2027-ci ildə dövlət büdcəsinin cari xərcləri inflyasiyanı 0,34 faiz bəndi artıra bilər. Əsaslı xərclərin inflyasiyaya təsiri isə neytral qiymətləndirilir.
Marja.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov noyabrın 16-da Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. O, cari xərclərin inflyasiyaya gözlənilən təsirini əhəmiyyətli hesab etmədiklərini və Mərkəzi Bankın parlamentə təqdim olunan büdcə layihələrini dəstəklədiyini deyib.
Kazımovun sözlərinə görə, cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına daha çox maliyyələşdirilməsi dövlətin cari öhdəliklərini daha dayanıqlı mənbələr hesabına qarşılamağa imkan verir. Büdcənin ümumi gəlirlərində qeyri-neft-qaz gəlirlərinin payının artması dövlət maliyyəsinin neft sektorundan asılılığını azaldır. Dövlət Neft Fondundan büdcəyə transfertin azaldılması isə strateji valyuta ehtiyatlarının uzunmüddətli dayanıqlığının qorunmasına xidmət edir.
AMB sədri büdcə siyasəti ilə pul siyasəti arasında son illərdə qurulmuş sıx koordinasiyanın davam edəcəyinə və makroiqtisadi sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Kazımov qeyd edib ki, 2027-ci ildə qiymət sabitliyi Mərkəzi Bankın pul siyasətinin əsas hədəfi olaraq qalacaq. AMB pul siyasətinin əsas lövbəri kimi manatın məzənnə sabitliyini qorumaq üçün sərəncamındakı alətlərdən istifadə edəcək.
Mərkəzi Bankın 2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasının icra səviyyəsi 91 faizə çatıb. AMB 2027–2030-cu illəri əhatə edən yeni strategiyanı 2026-cı ilin sonunadək hazırlamağı planlaşdırır. Strategiyanın birinci istiqaməti real sektorun maliyyələşdirilməsinin genişləndirilməsini, rəqəmsallaşmanı, innovativ həllərin tətbiqini və maliyyə xidmətlərinə çıxışın artırılmasını əhatə edəcək. İkinci istiqamət tənzimləmənin təkmilləşdirilməsi yolu ilə maliyyə sektorunun dayanıqlığının gücləndirilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























