AKİA bu il 10 mindən çox kənd təsərrüfatı texnikası və avadanlığının alınmasını maliyyələşdirib
Bu il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ümumi dəyəri 304 milyon manat olan 10 208 ədəd kənd təsərrüfatı texnikası və avadanlığının alınmasını maliyyələşdirib.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) İdarə Heyətinin sədri Yalçın Camalov Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda - "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində bildirib.
"Bunlara 85 kombayn və kənd təsərrüfatı təyinatlı 1 865 traktor daxildir. Bu məqsədlə agentlik 70 milyon manat kredit və lizinq vəsaiti, 108 milyon manat isə güzəşt ayırıb. İlin sonuna qədər bu rəqəmin 130 milyon manata çatacağını gözləyirik. Bundan başqa, il ərzində müasir suvarma sistemlərinin quraşdırılması üçün isə 13,2 milyon manat güzəşt təqdim edilib. Bu vəsait hesabına 7 000 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb", - deyə o qeyd edib.
AKİA sədri deyib ki, Aqrar Subsidiya Şurasının qərarları ilə artıq klassik modeldən güzəştlərin diferensiallaşdırıldığı modelə keçid edilib: "Nəticədə bir sıra texnika və avadanlıqlar üzrə güzəşt həddi 40 %-dən 50 %-ə, hətta 60 %-ə qədər yüksəldilib. Belə ki, damcı suvarma sistemlərinin idxalı zamanı dəyərin 50 %-ni, yerli istehsal olduqda isə 60 %-ni dövlət ödəyir. Suvarma hovuzları üçün membranlar, aqrar istehsalatda istifadə olunan günəş panelləri, pambıqyığan və taxılyığan kombaynlar, lazer malalar və soyuducular üzrə isə güzəşt məbləği 50 % təşkil edir. Bu vəsaitlər fermerlərin əvəzinə dövlət büdcəsi hesabına ödənilir".
"Fermerlərin kreditə əlçatanlığı ilə bağlı hələ də müəyyən çətinliklər mövcuddur. Bu baxımdan, pilot layihə olaraq dövlət dəstəyi ilə aqrar kredit kooperativlərinin və onların ittifaqının yaradılması üzərində işləyirik. Çünki kredit ittifaqları fermerlərə daha yaxındır və fermerlər həmin ittifaqlara üzv olurlar. Əks halda, banklar bəzi hallarda fermerlərdən girov tələb edirlər. Fermerlərin isə bir sıra hallarda Bakı şəhərində girov qoymaq üçün əmlakı olmur. Kredit ittifaqları yaradılıb fəaliyyətə başladıqdan sonra fermerlərin kreditə əlçatanlığı daha da artacaq", - deyə Y.Camalov əlavə edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















