Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
Bakı altı ölkənin idman rəqqaslarını bir araya gətirib. “Sea Breeze”də altı ölkənin idmançıları yarışıb.Noyabrın 15-də “Bakı – Dünya İdman Paytaxtı 2026” tədbirləri çərçivəsində “Sea Breeze” ərazisində yerləşən “The Grand Hall”da “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan İdman Rəqsləri Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, iştirakçı ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri və fəxri qonaqlar iştirak ediblər.
Nazir Fərid Qayıbov və federasiya prezidenti Əli Həşimli tədbirdə çıxış edərək idman rəqslərinin inkişafının, beynəlxalq əməkdaşlığın və Türk dünyası ölkələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstandan olan idmançılar samba, ça-ça-ça, rumba, paso doble və cayv rəqsləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın qaliblərinə mükafatları Azərbaycanın tanınmış idmançıları, üçqat dünya, dördqat Avropa çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyev, güləş üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Taleh Məmmədov və Federasiyanın vitse-prezidenti Rəsul Cunayev təqdim ediblər.
Tədbir iştirakçıların maraqlı çıxışları və yüksək rəqabət şəraitində yadda qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























