Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2013-cü ildən Azərbaycan maliyyə bazarında fəaliyyət göstərən BOKT “International” ASC-nin İdarə Heyəti sədrinin müavini – Baş Biznes inzibatçısı vəzifəsinə Bəxtiyar Bəxtiyarov təyin edilib.

Reklam_3_11

Hazırda 40 filialı və 500 əməkdaşı olan təşkilat ölkənin müxtəlif regionlarında fərdi müştərilərə və biznes subyektlərinə maliyyə xidmətləri göstərir.

Bank və maliyyə sektorunda 2008-ci ildən çalışan Bəxtiyar Bəxtiyarov 16 ildən artıq AccessBank-da fəaliyyət göstərib, Nərimanov filialının müdiri vəzifəsini icra edib. Daha sonra Unibank KB-də Mikromaliyyə departamentinin şöbə müdiri və Satış Mərkəzinin rəhbəri kimi çalışıb.

Onun peşəkar təcrübəsi biznes strategiyası, mikro və KOB maliyyələşdirilməsi, kredit portfelinin və risklərin idarə olunması, satış sistemlərinin qurulması və təşkilati inkişaf istiqamətlərini əhatə edir. Eyni zamanda, 2012-ci ildən biznes və idarəetmə üzrə təlimçi-konsultant kimi fəaliyyət göstərib.

Bəxtiyar Bəxtiyarov Dövlət İdarəçilik Akademiyasını və UNEC-in magistratura pilləsini fərqlənmə ilə bitirib, Boğaziçi Universitetinin Mini MBA proqramını uğurla  tamamlayıb. Həmçinin beynəlxalq universitetlərin strategiya, liderlik və biznesin idarə edilməsi üzrə peşəkar inkişaf proqramlarının sertifikatlarına və IPMA C səviyyəli layihə idarəetməsi sertifikatına malikdir.

Yeni vəzifəsində onun əsas fəaliyyət istiqamətləri biznes strategiyasının icrası, kredit portfelinin dayanıqlı inkişafı, satış və əməliyyat effektivliyinin artırılması, biznes proseslərinin təkmilləşdirilməsi və insan kapitalının inkişafı olacaq.

BOKT International BOKT International yeni təyinat Bəxtiyar Bəxtiyarov Bəxtiyar Bəxtiyarov təyinatı BOKT International sədr müavini Baş Biznes inzibatçısı AccessBank Nərimanov filialı Unibank mikromaliyyə bank olmayan kredit təşkilatı Azərbaycanda maliyyə sektorunda təyinatlar
20.11.2026 08:01
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19