AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Yalçın Camalov: “Subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dəstəyə keçid edirik”Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramdan irəli gələn tapşırıqlara əsasən, Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlar tərəfindən fəaliyyət planına uyğun olaraq müvafiq işlər icra edilir.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən “İmkanlar və İnam: Dövlət–biznes əməkdaşlığı” forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu məqsədlə dövlət büdcəsindən kənd təsərrüfatı texnikası və avadanlıqlarının güzəştlə maliyyələşdirilməsi üçün 40 milyon manat, damazlıq cins heyvandarlıq üçün isə 14 milyon manat əlavə vəsait ayrılıb və hazırda bu istiqamətlər üzrə maliyyələşmə davam etdirilir:
“Subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dəstəyə keçid edirik. Əsas məsələ cari istehsal xərclərinin kompensasiyası ilə uzunmüddətli inkişafı təmin edən investisiyalar arasında düzgün balansın qurulmasıdır. Fermerlərin investisiya qərarının arxasında təkcə subsidiya deyil, biznesin iqtisadi məntiqi dayanmalıdır. Dövlət dəstəyi investisiyanın məqsədi yox, onun həyata keçirilməsini asanlaşdıran vasitə olmalıdır”.
Qeyd edək ki, AKİA tərəfindən cari il ərzində 350 min fermerə 254 milyon manat əkin subsidiyası ödənilib. Bunun 14 milyon manatını 2 min hektar sahədə salınan yeni intensiv bağlara görə verilən birdəfəlik bağ subsidiyası təşkil edib. Subsidiyaların ödənilməsi zamanı məhsuldarlıq, ünvanlılıq və nəticəyönümlülük prinsipləri əsas götürülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























