Azercell-dən razılıq səviyyəsi artıb
Hər zaman müştəri xidmətlərinin keyfiyyətinə fikir verən Azercell abunəçilərinin müştəri məmnunluğu 2016-cı ildə artıb.
Azercell abunəçiləri arasında müştəri xidməti nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən sorğunun nəticələrinə əsasən, Azercellin Müştəri Xidmətlərinin işi yüksək qiymətləndirilib. Belə ki, müştəri xidmətlərinin işindən razılıq səviyyəsi 2015-ci ildə qeydə alınan 79%-dən, 2016-cı ildə 83%-ə qədər yüksəlib.
Yüksək nəticə özünü Abunəçi Loyalligi İndeksi NPS (Net Promoter Score) üzrə də göstərib, belə ki, Azercell 2016-ci ildə yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub. Xatırladaq ki, 2014-cü ildə Azercell Azərbaycanda NPS Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan ilk şirkət olub. Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) müəyyən edir. Bu unikal qiymətləndirməni tətbiqi etməklə,Azercell ölkədə hər zaman uğurlu təcrübənin bariz nümunəsi hesab olunan özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi Azercell-ə öz müştərilərinin ehtiyacını daha dərindən anlamağa və gələcək fəaliyyətini onların istəklərinə uyğun istiqamətləndirməyə imkan verir. 2016-cı ildə Azercell eyni zamanda müştəri məmnunluğunu qorumaq və artırmaq üçün texniki bazasını təkmilləşdirib və şirkət əməkdaşlarının təlimləndirilməsi yönündə bir çox işlər həyata keçirib.
Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən Azercell bu xidmətin keyfiyyətini yüksəldir. Bundan əlavə Xidmət Mərkəzlərinə müxtəlif səbəblərdən gələ bilməyən abunəçilərin yanına Azercell özü gələrək onlara xidmət göstərir. Azercell-in Mobil Müştəri Xidmətləri Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirir. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində Azercell tərəfindən təqdim olunan bütün xidmətlər göstərilir. Azercell öz abunəçilərinə ən böyük müştəri xidmətləri şəbəkəsi olan 63 Ön Masa və Azercell Ekspres ofisləri və ən geniş satış şəbəkəsi olan 393 rəsmi satış məntəqəsi vasitəsilə xidmət edir. Bu məntəqələr Azercell abunəçilərinə daim yüksək keyfiyyətli xidmət göstərmək üçün bütün ölkə boyu fəaliyyətdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























