Palma yağı istifadə edilən məhsullar araşdırılacaq
Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Naziri Faruk Çelik, yazılı açıqlamasında, müxtəlif mətbuat orqanlarında palma yağının insan sağlamlığı üzərində mənfi təsirləri olduğuna dair informasiyaların yer aldığını xatırladaraq, bu xəbərlərlə bağlı ictimaiyyəti düzgün məlumatlandırmaq məqsədilə açıqlama etməyə ihtiyac duyduqlarını bildirib.
"Marja" xəbər verir ki, Türkiyədə palma yağına dair qanunvericiliyin "Türk Ərzaq Kodeksi" ilə müəyyən olunduğunu qeyd edən Faruk Çelik, "Kodeks milli və beynəlxalq elmi araşdırmalar və faktlar əsasında hazırlanmışdır. Sözügedən kodeksdə palma yağının tərkibində olması lazım olan fiziki və kimyəvi xüsusiyyətlər yer alır. Nazirliyimiz bu məsələdə hər cür nəzarəti aparır. Palma yağı bütün dünyada qida sənayesində geniş şəkildə istifadə edilir" - ifadələrini istifadə edib.
"LAZIMI İNZİBATİ TƏDBİRLƏR GÖRÜLƏCƏK"
"Bəzi məhsullar ilə bağlı mətbuatda yer alan xəbərlərdən sonra Türkiyədə palma yağı istifadə edilən məhsullar mövzusunda elmi araşdırma aparılmasını tapşırdığını deyən Çelik, bunları qeyd edib:
“Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq və elmi faktlar işığında lazımi inzibati tədbirlər görüləcəkdir. Ərzaq məsələsində istehlakçı sağlamlığını ən yüksək səviyyədə qorumaq əsas məqsədlərimiz sırasındadır. Bu məsələdə hər cür narahatlıq və həssaslıqları nəzərə alaraq üzərimizə düşən vəzifələri qüsursuz yerinə yetirməyə davam edəcəyik".
NUTELLA RƏFLƏRDƏN YIĞIŞDIRILDI
Palma yağı ilə bağlı aparılan araşdırma nəticəsində 2016-ci ildə Avropa Ərzaq Standartları agentliyi (EFA), 200 dərəcədən yüksək tempraturda qızdırılan palma yağının digər bitki mənşəli yağlardan daha təhlükəli olduğunu açıqlamışdır.
Dünya Səhiyyə Təşkilatı daxil bir çox səhiyyə təşkilatları riskə diqqət çəkmiş, lakin ərzaqlarda işlədilməsinə bir məhdudiyyət tətbiq edilməmişdir. Hazırlanan məruzədən sonra İtaliyada ictimai təzyiq artıb və "Coop" supermarketlər şəbəkəsi və unlu məmulatlar istehsalçısı "Barilla" məhsullarından palma yağını çıxarıb.
“Ferrero” şirkəti isə dadının dəyişəcəyi və bu səbəblə də dünyaca məşhur “Nutella” adlı şokolad-fındıq yağı məhsulunda palma yağını istifadə etməyə davam edir, amma İtaliyadakı satışlarının son 12 ayda 3 faiz aşağı düşməsindən sonra palma yağını müdafiə edən reklam kampaniyaları aparır.
TƏZYİQLƏRİN ARDINDAN RƏFLƏRDƏN YIĞIŞDIRILDI
“Nutella” “Ferrero” şirkətinin ən mühüm məhsuludir. Şirkətin illik 10 milyard Avroya çatan satışlarının beşdə biri “Nutella”dan gəlir.
Ancaq artan ictimai təzyiq qarşısında bu dəfə də marketlər palma yağı istifadə edilən “Nutella”ları rəflərdən götürüblər.
Hesabatdan sonra istehsalçı “Ferrero” şirkəti bir televiziya reklamı yayımlayıb.
Reklamda palma yağının təhlükə yaratmayacaq şəkildə istifadə edildiyinə və bu yağ olmadan eyni yayılmanın əldə edilməyəcəyi qeyd edilib.
AZƏRBAYCAN DA TONLARLA PALMA YAĞI ALIR
"Marja" 05 Oktyabr 2015 –ci il tarixində yaydığı məlumatda qeyd etmişdi ki, Azərbaycanda da palma yağından geniş istifadə olunur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizə 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub.
2015-ci ilin yanvar-iyun aylarında isə ümumi dəyəri 16,4 milyon ABŞ dolları olan 27,3 min ton xam palma yağı idxal olunub. Palma yağının böyük bir hissəsi İndoneziyadan, cüzü bir hissəsi də Malayziyadan alınır.
Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır.
Əlbəttə, bu qədər palma yağının idxal olunması şübhə doğurur. Böyük ehtimalla, xaricdən alınan palma yağından süd, pendir, xama, marqarin, dondurma və şokolad məhsullarının istehsalında geniş istifadə edilir. Palma yağı qidaların rəf ömrünü (istifadə müddətini) artırır.
DİQQƏTLİ OLUN!
Palma yağının xərçəng xəstəliyi əmələ gətirə biləcəyini deyən həkimlər, bu yağı ehtiva edən qidalardan uzaq durmağın lazım olduğunu məsləhət görürlər. Dünyada bu yağın istifadəsi qadağan edilməyib, ancaq aparılan təzyiqlər ilə, Avropa Birliyi, palma yağı olan qidaların etiketində bu barədə açıq yazılması barədə bir qanun çıxardıb. Bundan əvvəl, qidaların etiketində yalnız "bitki yağı" yazırdılar. Unudulmamalıdır ki, bir məhsulun tərkibini göstərən etiketi üzərində "bitki yağı" ifadəsi varsa, böyük ehtimalla həmin yağ palma yağıdır. Bir çox hallarda isə, məhsulların etiketində Palma Yağı, Palmitic Asit, Palmeate, Palm şəkilində məlumat verilir.
Palma yağı, uzunömürlü və xüsusilə də ucuz yağ olduğu üçün istifadə edilir, amma keyfiyyətsiz və doymuş yağ ehtiva etdiyi üçün ürək xəstəlikləri və köklük ilə də əlaqələndirilir. Həmçinin istehsalı üçün geniş sahəyə ehtiyac var, bunun üçün də, iqlimi əlverişli olan Cənub-Şərqi Asiyadakı meşələr talan edilir.Oranqutanlar, meymunlar, fillər, kərgədanlar və daha çox heyvan və bitkinin nəsli tükənir. İçimizə çəkdiyimiz oksigenin mühüm mənbəyi məhv edilir.
ƏN ÇOX İSTEHLAK EDİLƏN BİTKİ YAĞIDIR
İddialara baxmayaraq, palma yağı hazırda dünyanın ən çox istehlak edilən bitki yağıdır. İldə dünyada 50 milyon ton civarında palma yağı istifadə edilir. Dünyada palma yağı, əsasən marqarin və şokolad istehsalında istifadə olunur. Bu gün palma yağından böyük miqdarda bioloji yanacaq istehsalında da istifadə olunur.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
2 d. əvvəl
Paşinyan Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
-
-
32 d. əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
-
1 saat əvvəl
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
-
2 saat əvvəl
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Ən çox oxunanlar
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub
Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
5 milyondan çox ziyan - Gömrük Komitəsinin vəzifəli şəxsləri və Hövsan Beynəlxalq Ticarət Limanının rəisi saxlanılıb
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs edilib
Ardıcıl 3 aydır Azərbaycanda orta maaş düşür




















.jpg)

