28 milyard manat xərcləmişik
2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 28,0 milyard manata bərabər olmuşdur. bu barədə Marja-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Ticarət dövriyyəsinin 14,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,5 faiz və 2,8 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir,milyon manatla | 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 28033,9 | 102,1 |
o cümlədən: | ||
ərzaq məhsulları | 12 861,4 | 101,6 |
içkilər və tütün məmulatları | 1323,4 | 100,5 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 5103,6 | 103,2 |
elektrik malları və mebellər | 1763,6 | 102,4 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 208,4 | 101,8 |
əczaçılıq və tibbi mallar | 385,8 | 101,7 |
avtomobil yanacağı | 1486,5 | 99,7 |
digər qeyri-ərzaq məhsulları | 4901,2 | 103,6 |
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,0 faiz, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalar üzrə 1,4 faiz artmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 288,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 19 d. əvvəl
-
30 d. əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
3 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
5 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb






















