SOCAR və “Saudi Aramco” razılaşıb
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidenti Elşad Nəsirov Azərbaycan nümayəndə heyətinin tərkibində Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, SOCAR-ın rəhbərliyi forum çərçivəsində “dəyirmi masa” müzakirələrinə qatılıb, ikitərəfli görüşlər keçirib, digər tədbirlərdə də təmsil olunub. SOCAR-ın prezidenti R.Abdullayev BP-nin baş icraçı direktoru Robert Dadlinin vasitəçiliyi ilə böyük neft və qaz şirkətlərinin rəhbərləri üçün təşkil olunmuş işgüzar nahar müzakirəsində fəal iştirak edib.
SOCAR-ın rəhbərliyi “Saudi Aramco” neft şirkətinin prezidenti Əmin Nasir və vitse-prezidenti Əbdüləziz Əl-Cüdəymi ilə görüş keçirib, müxtəlif ölkə və layihələr çərçivəsində şirkətlər arasında əməkdaşlıq imkanlarını müzakirə edib, dünyada neftin qiymətinin optimallaşdırılmasına yönələn OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı çərçivəsində gələcək müştərək tədbirlərin çərçivələri barədə razılıq əldə ediblər.
R.Abdullayev və E.Nəsirov “Əl-Dabbağ” şirkətlər qrupunun icraçı direktoru, Səudiyyə Ərəbistanı Krallığının sabiq kənd təsərrüfatı naziri Əmr Abdulla Əl Dabbağla, ABŞ-ın “APCO” şirkətinin icraçı direktoru xanım Margeri Krausla görüşüb, əməkdaşlıq və investisiya imkanları haqqında müzakirələr aparıblar.
SOCAR-ın rəhbərliyi ilə Avropa Komissiyasının yeni təyin olunmuş büdcə və insan resursları üzrə komissarı Günter Ottinger və onun ofisinin rəhbəri Mixael Hager arasında keçirilmiş görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi, layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələlər və sair mövzular ətrafında müzakirələr aparılıb. G.Ottinger 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib.
R.Abdullayev Davos səfəri çərçivəsində “Goldman Sachs International” şirkətinin rəhbəri Riçard Con Qnoddenin dəvəti ilə işgüzar şam yeməyində də iştirak edib, buraya dəvət olunmuş enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
21 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
46 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
























