BP, neft dövrünün 20 ilə başa çatacağını bəyan etdi
Böyük Britaniyanın enerji şirkəti British Petroleum (BP) qlobal neft tələbinin 2030-cu illərin sonuna doğru ən yüksək səviyyəsinə çatacağını bildirib. Sonrakı illərdə neftə təlabat azalmağa başlayacaqdır.
"Marja" xəbər verir ki, BP-nin "Enerji Mənzərəsi" hesabatında, əsasən sürətli inkişaf edən iqtisadiyyatlar hesabına bir müddət neftə tələbatın qalacğı, eyni zamanda, elektrikli avtomobillərin yaxın 20 ildə nəqliyyatda inqilab yaratmasının gözləndiyini bildirilir.
Hesabatda, hazırda bütün dünyada elektrikli avtomobillərin sayının 3 milyon ədəd olduğu, bu rəqəmin 2040-ci ildə 300 milyona çatmasının gözlənildiyi qeyd edilib.
AVTOMOBİL SAHİBİ OLMAQ İSTƏYƏNLƏR AZALACAQ
Sonrakı dövrdə dünyada Uber-ə bənzər taksi xidməti göstərən sürücüsüz maşınların birgə istifadəsinin artacağı, bunun da avtomobillərə olan tələbatı azaldacağı bildirilib. Daha çox insan avtomobilə sahib olmaq yerinə, avtomobildən ortaq şəkildə istifadə olunacaqdır.
Hesabatda elektrikli vasitələrin 2040-cı ildə qədər bütün dünyadakı avtomobillərin 15%-ini təşkil edəcəyi qeyd edilib, bu nisbətin sərnişindaşımada 30%-ə çatacağının gözlənildiyi vurğulanıb.
AVTOMOBİLLƏR 18,7 MİLYON BAREL NEFT İSTEHLAK EDİR
Elektrikli vasitələrin artmasına baxmayaraq, 2016-ci ildə benzinlə işləyən avtomobillərin gündəlik 18,7 milyon barellik neft istehlak etdiyi, bunun 2040-cı ilə qədər, demək olar ki, eyni səviyyədə qalmasının gözlənildiyi bildirilib. Elektromobillərin artması, daha az yanacaq sərf edilən texnologiyaların yaranması ilə azalan istehlak, inkişaf edən iqtisadiyyat sahələrinin enerjiyə artan tələbat ilə balanslaşacaqdır. Yəni, neftə olan təlabat demək olar ki, yerində sayacaqdır.
DEPOZİT YERLƏŞDİR, HYUNDAİ GRANDEUR QAZAN
BP-nin əsas ssenarisində alternativ enerjinin qlobal enerji istehlakında payının hazırkı 4 faiz səviyyəsindən 2040-ci ildə 14 faiz səviyyəsinə yüksəlməsinin gözlənildiyi bildirilib.
Hesabatda BP-nin rəhbəri Bob Dadli, qlobal miqyasda karbon qazı emissiyasının azaldılması üçün daha ardıcıl fəaliyyət planının həyata keçirilməsi lazım olduğunu bildirib.
Nəqliyyatda sürücüsüz vasitələrlə yaranacaq dəyişikliklərə dair BP-nin Baş iqtisadçısı Spencer Dale bildirib: "Sürücülər olmayacağı və maaş ödənilməyəcəyi üçün ictimai nəqliyyatda gediş haqlarının maya dəyəri 40-50 faiz səviyyəsində azalacaqdır. 2030-cu illərdə kollektiv istifadə olunan vasitələrdə böyük bir artım gözləyirik",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 44 d. əvvəl
-
48 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm



























