Rəsmilər CDB Bankda
“Caspian Development Bank (CDB)” ASC ötən il olduğu kimi, bu ili də olduqca aktiv başlayıb.
Belə ki, bank əməkdaşlarının motivasiyası və maarifləndirilməsi proqramı çərçivəsində “Rəsmilər CDB Bankda” lahiyəsinə start verib.
Layihənin məqsədi ondan ibarətdir ki, ölkənin tanınmış siyasi-ictimai, elm və mədəniyyət xaimləri hər ayın son Şənbə günü CDB Banka qonaq qismində dəvət olunur və bank əməkdaşları ilə “qalstuksuz” görüşlər keçirirək onlarla təcrübələrini bölüşür, bank sektorunun fəaliyyəti, inkişafı və s. mövzularda söhbətlər aparır.
Layihənin ilk qonağı Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının təsisçisi və sədri, Bariatrik Metabolik Laparoskopik Cərrah, Modern Hospitalının Baş həkimi Taryel Ömərov olub.
Qonaq hazırda insan sağlamlığında ən əsas problemlərdən birinə çevrilən “sağlam qidalanma” haqqında söhbət açdı, düzgün qidalanmama səbəbindən yaranan fəsad xəstəliklərin qarşısının alınması tədbirləri, sağlam qida və aktiv həyat tərzi, düzgün çəki, metabolizm prosesləri haqqında maarifləndirci məlumat verdi. Görüşünün sonunda xatirə şəkli çəkildi və Taryel Ömərova CDBBank-ın Visa Gold kartını hədiyyə edildi.
Qeyd edək ki, CDB Bankın fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn yardım" xidmətinə müraciət etməklə əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















