600 milyon dollarlıq kredit sazişi
26 yanvar 2017-ci il tarixdə Azərbaycan hökuməti, “Cənub Qaz Dəhlizi” (CQD) QSC və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.
600 mln. ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin baş direktoru Əfqan İsayev və AIIB-in İnvestisiya əməliyyatları Departamentinin baş direktoru Teravaninton Supi (Teravaninthorn Supee), kredit müqaviləsinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov, AIIB-in adından Teravaninton Supi imzalayıblar.
Ə.İsayev bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq nəticəsində əldə edilmiş uğurlar beynəlxalq müstəvidə Azərbaycan tərəfindən görülən işlərə inam və dəstəyi nümayiş etdirir. CQD-nin baş direktoru qeyd edib ki, hazırda bir sıra Avropa maliyyə institutu da danışıqların intensivləşməsi ilə maliyyələşdirmədə öz maraqlarını təsdiqləyib: “Prezident İlham Əliyev öz çıxışlarında daim vurğulayıb ki, layihə təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyır və məhz Azərbaycanın liderliyi hesabına icra edilir. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (ŞD-2), bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihədə iştirak edən bütün ölkələr üçün Cənub Qaz Dəhlizinin vacibliyini nəzərə alaraq, bir sıra beynəlxalq maliyyə institutu bu layihəni dəstəkləyir”.
CQD-nin baş direktoru Cənub Qaz Dəhlizi layihəsinin iqtisadi və kommersiya cəhətdən də çox səmərəli olduğunu qeyd edərək, bu istiqamətdə görülmüş işlər barədə də məlumat verib. Onun sözlərinə görə, QSC tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə 2014-2019-cu illər üçün ümumi tələb olunan təqribən 11,9 mlrd. dollar məbləğində vəsaitdən indiyədək 6,3 mlrd. dollar hissəsi, yəni təqribən 50%-i icra edilib. O deyib ki, bu vəsaitin ötən ildə təqribən 2 mlrd. dolları xərclənib: “Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 87,9%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə işlərin 74,5%-i, TANAP-ın inşası üzrə işlərin 59,3%-i, TAP-ın inşası üzrə işlərin 31,8%-i icra edilib. İnşaat işləri uğurla davam etdirilir.”
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyətində olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Azərbaycanın da təsisçi-üzvü olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı 100 mlrd. dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
2 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 3 d. əvvəl
-
24 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
36 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
46 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib




























