Əlavə dəyər vergisi dəyişir
Aqrar məhsulların pərakəndə satışı ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.
Onun sözlərinə görə, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən, yəni malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərqdən tutulacaq:
"Bilirsiniz ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1996-cı ildən torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunub. Həmin məhsullar ticarət şəbəkələrində pərakəndə qaydada satılarkən digər məhsullarda olduğu kimi bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq ƏDV tutulan əməliyyatların dəyəri vergi ödəyicilərinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı və yaxud almamağa hüququ olduğu haqda ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV-nin tutulan əməliyyatların dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri satış üzrə ümumi dövriyyədən ƏDV hesablamalı olurdular. Bu da pərakəndə satışda bahalaşmaya səbəb olurdu. Qeyd olunanları nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədi ilə pərakəndə ticarətlə məşğul olan sahibkarlardan ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı zamanı həmin məhsullardan ƏDV satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərqdən tutulacaq".
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
15 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
40 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























