Tikintidə işləyənlərin sayı və orta aylıq əmək haqqı açıqlanıb
2016-cı ildə tikinti sahəsində muzdla çalışan işçilərin orta siyahı sayı 95,2 min nəfər təşkil edib, onların 48,2 min nəfəri binaların tikintisində, 24 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, işçilərin 27%-i dövlət, 73%-i isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 18,6% artaraq 813,7 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,8 manat, dövlət sektorunda isə 527 manat olub.
Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin orta aylıq nominal əmək haqqı 21,6%, binaların tikintisində 14,9%, mülki təyinatlı inşaat işlərində çalışanların isə 0,9% artıb.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















