Neft, güclü dollar ilə əlaqədar ucuzlaşıb
Neft, ABŞ Mərkəzi Bankı Fed-in faizi artırmasından sonra Dolların bahalaşması ilə əlaqədar olaraq ucuzlaşıb. "Marja" xəbər verir ki, Dolların bahalşaması, ABŞ-da neft ehtiyatlarının ardıcıl dördüncü həftə azalmasının neft qiymətlərinə müsbət təsirinə imkan verməyib.
Neft qiymətləri təxminən 4%-ə yaxın aşağı düşüb.
Dollar, Fedin faiz artırmasından sonra bahalaşmaqda davam edib və bunun nəticəsində dollar ilə satılan əmtəələrin cazibəsi azalıb.
ABŞ-da rəsmi məlumatlara görə, xam neft ehtiyatları ötən həftə 2.56 milyon barrel azalıb və buna bağlı olaraq 30 ildən artıq müddətin ən yüksək səviyyəsində olan cəmi ehtiyatlar da geriləyib.
Neft, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və birliyə daxil olmayan bir sıra ölkələrin hasilatı azaldacaqları qərarları ilə əlaqədar olaraq bahalaşmışdı.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 50.84 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 53.82 dollara enib. Neftin qiyməti Bazar ertəsi OPEC-ə daxil olmayan ölkələrin də hasilatlarını azaldacaqlarına qərar vermələrindən sonra 57 dolları keçmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 15 d. əvvəl
-
19 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
36 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm





























