5 ildə 12 min yeni mağaza açacaq
Starbucks gələcək 5 il ərzində dünya üzrə 12 min yeni mağaza açmağı planlaşdırır.
Starbucks-ın Əməliyyat Direktoru Kevin Johnson, şirkətin Nyu-Yorkda keçirdiyi "İnvestor Günündə" gələcək planlarını açıqlayıb.
Gələcək 5 il ərzində əksəriyyəti ABŞ və Çində olmaqla 12 min yeni Starbucks mağazası açmağı planlaşdırdıqlarını qeyd edən Johnson, investorlara bu dövrdə gəlirləri 10 faiz artırmağı hədəf seçdiklərini söyləyib.
Starbucks-ın dünya miqyasında mağaza sayını 37 minə çatdıracaq bu planın açıqlanmasının ardından şirkətin səhmləri 2%-ə yaxın bahalaşıb.
Gələn ilin aprel ayında İcraçı Direktor kreslosunu təhvil alacaq Kevin Johnson, həmçinin Starbucks-ın "Princi" adı altında İtalyan pitsa mağazaları açmağı planlaşdırdığını dilə gətirib.
Şirkəti dünyanın ən böyük qəhvəxana zənciri halına gətirən Starbucks-ın hazırkı İcraçı direktoru Hovard Şults (Howard Schultz), ötən günlərdə vəzifəsini Johnsona təhvil verəcəyini açıqlamışdı. Şults, bu qərarı yeni şirkəti "Reserve Roastery and Tasting Room"a daha çox vaxt ayırmaq istəməsi səbəbindən verdiyini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
21 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
30 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























