Bankların rəqəmsal transformasiyasına 100 milyon manat tələb olunur
Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdiriləcək.
“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.
Yol xəritəsində qeyd olunur ki, son bir neçə onillikdə qlobal miqyasda bankçılığa dair müştəri gözləntiləri əhəmiyyətli dərəcədə dəyişmişdir. Yeni gözləntilər əsasən fərdiləşmiş və sadə xidmətlərə yönəlmişdir ki, bu da bankların əməliyyat modellərinin effektivlik baxımından transformasiyasına səbəb olmuşdur. Ölkədə bankçılığın davamlı inkişafının təmin edilməsi və müştərilərə yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə rəqəmsallaşdırma və səmərəliliyin yüksəldilməsinə dəstəyin verilməsi xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq təcrübədə bankların standart məhsul yanaşmasından fərdiləşmiş məhsul yanaşmasına keçidi müşahidə edilmişdir. Köhnə sistemdə standart məhsullar (kredit, depozit, sadə əməliyyatlar və ödənişlər) təklif olunduğu halda, yeni sistem ödəniş şərtləri, faiz dərəcələri, nağd əməliyyatlar və s. üzrə yaranmış sonsuz müştəri tələblərinə uyğunlaşdırılır. Bunun nəticəsində bank müştərilərinin rahatlıq, sürət və fərdiləşdirilmiş xidmətlərlə bağlı gözləntiləri dəyişmişdir. Əməliyyatların mobil telefonlar vasitəsilə aparıla bilməsi və sorğuların dərhal cavablandırılmasına dair istehlakçı istəkləri bu dəyişikliklərə nümunə ola bilər. Müştəriyönümlü dəyişikliklər bankların rəqəmsallaşma istiqamətində transformasiyasını təşviq edir. Bankın tam rəqəmsallaşdırmaya nail olması üçün standart əməliyyatlar və sadə məhsullar alternativ xidmət kanallarına ötürülür. Alternativ xidmət kanallarının effektiv fəaliyyəti üçün İT arxitekturası və infrastrukturu dəyişdirilir.
Azərbaycanın bank sistemində bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilmişdir. Əksər banklar standartlaşdırma və mərkəzləşdirmə mərhələsində, bəzi banklar isə rəqəmsallaşdırma prosesinin erkən mərhələsindədir. Rəqəmsallaşdırmaya tam keçid sektorda əməliyyat risklərinin azalmasını təmin edə bilər.
Görüləcək tədbirlər
Tədbir.1:
Banklarda rəqəmsallaşma ilə bağlı cari vəziyyətin qiymətləndirilməsi MBNP mövcud proses və qaydaların təhlilinin aparılması üçün məsul işçi qrup yaradacaqdır. Qrup görüşlər, müsahibələr və sorğular vasitəsilə bankların rəqəmsallaşmaya hazırlığını qiymətləndirəcək, habelə rəqəmsallaşma ilə bağlı qlobal təcrübələri öyrənəcəkdir.
Tədbir 2:
Tənzimləmə mexanizmində zəruri dəyişikliklərin müəyyən edilməsi İşçi qrup kağızəsaslı əməliyyatlara və onlar üzərində nəzarət tədbirlərinə, nağdsız əməliyyatlar üzrə məhdudiyyətlərə və izafi hesabatlılıq kimi məsələlərə fokuslanmaqla, tənzimləmə mexanizmində zəruri dəyişiklikləri müəyyən edəcəkdir. 42 Tədbirlər bank əməliyyatlarının səmərəliliyinə və rəqəmsallaşdırılmasına təsiri əsasında prioritetləşdiriləcəkdir.
Tədbir.3:
Müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi MBNP qaydalara dəyişiklikləri həyata keçirəcək və yeni qaydaların tətbiqinə nəzarət edərək, banklarda rəqəmsallaşdırma proseslərinin sürətlənməsini dəstəkləyəcəkdir.
Gözlənilən nəticə və nəticə indikatorları
Tənzimləmə mexanizminin nəzərdən keçirilməsi və müvafiq dəyişikliklərin edilməsi hesabına rəqəmsallaşma sektorda effektivliyin artırılmasına səbəb olacaqdır. Bu da 2020-ci ildə real ÜDM-ə, 120 milyon manat birbaşa və 15 milyon manat dolayı olmaqla, 135 milyon manat həcmində töhfə verəcəkdir. Tədbirlər əsasən effektivliyin artırılmasına yönəldiyindən məşğulluğa əhəmiyyətli təsiri gözlənilmir. Prioritet üzrə hədəf indikatorları aşağıdakı kimi müəyyənləşdirilmişdir: bütün pərakəndə satış banklarının rəqəmsal sistemə keçid təşəbbüslərində· iştirakının təmin edilməsi; rəqəmsal transformasiya nəticəsində 2020-ci ildə pərakəndə satış banklarının· konsolidasiya edilmiş gəlirliliyinin əlavə olaraq 20 faizədək yaxşılaşdırılması. ÜDM-ə təsir əlavə satışlar, xidmət keyfiyyətinin artırılması və yeni səmərəli fəaliyyət istiqamətlərinin təmin edilməsi nəticəsində xalis gəlir marjasının yüksəlməsi hesabına təmin ediləcəkdir.
Tələb olunan investisiya 2020-ci ilədək bankların potensialının və sisteminin inkişafı üçün ümumilikdə 100 milyon manat məbləğində əsaslı kapital qoyuluşu tələb olunur.
Yol Xəritəsilə ətraflı BURADAN tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 17 d. əvvəl
-
21 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
38 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm



























