"İstəyim əhalinin aztəminatlı təbəqəsinin problemlərini həll etməkdir" - VİDEO
"İstəyim diqqətimi maksimum dərəcədə sosial problemlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəltməkdir".
Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Vesti nedeli" verilişinin aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.
Mehriban Əliyeva müsahibəsində Birinci vitse-prezident təyin olunmasına münasibət bildirib:
"Mənim Birinci vitse-prezident vəzifəsinə təyin edilməyimlə bağlı qərar Azərbaycan prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, bunda yəqin ki, mənim uzun illər ərzində prezidentin təkcə həyat yoldaşı deyil, həm də, deyə bilərəm ki, silahdaşı olmağım da rol oynayıb.
Mənim əsas şübhəm üzərimə qoyulan məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim ilə bağlı idi. Mən birmənalı olaraq bilirəm, əminəm ki, həyat yoldaşımın mənə tövsiyələri və ya söyləyəcəkləri dövlətin maraqları ilə tamamilə üst-üstə düşəcək".
"Mən sağlam, konstruktiv tənqidi eşitməyə hazıram"
"Mən sağlam, konstruktiv tənqidi eşitməyə hazıram. Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, lakin öz ölkənə qarşı müxalif olmağa gərək yoxdur. Ən dəhşətlisi budur".
Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Vesti nedeli" verilişinin aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib
"Mənim vəzifəm, belə deyək, ölkənin hətta ən tənqidçi təbəqəsinin obyektiv tənqidlərinə zamanla daha az əsas verməkdən ibarətdir. Mən bunu etməyə çalışacağam".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 16 d. əvvəl
-
20 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
37 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm



























