Böhranın hansı mərhələsindəyik?!
İlk öncə böhran sözünün hansı mənalar verdiyinə nəzər salaq. Qədim yunan dilindən tərcümədə böhran (dönüş nöqtəsi, qərar) — dönüş nöqtəsi, gözlənilməz nəticələr dövrü- kimi mənaları verir. Çin dilindən tərcümədə isə böhran sözü təhlükə və gizli imkanlar mənalarını özündə ehtiva edir. Hər iki mənadan da göründüyü kimi, hər bir böhran özü ilə müəyyən sosial- iqtisadi çətinliklər gətirsə də, bu vəziyyətdə gizli imkanları kəşf edənlərə inkişaf da vəd etməkdədir. Böhran qısa və uzunmüddətli ola bilər. Bu, iqtisadiyyatın formasından, böhranın hansı sahədə baş verməsindən, cəmiyyətin bu vəziyyətə hansı dərəcədə hazır olmasından, iqtisadi subyektlərin böhrandan çıxış yollarından v.s amillərdən asılı olaraq dəyişə bilər. Fikrimcə, böhranın qısa və ya uzunmüddətli olmasından asılı olmayaraq özünü 3 əsas formada göstərir. Bunlar: çöküş dövrü, stabilləşmə dövrü və inkişaf dövrü.
Çöküş dövrü böhranın birinci, qorxulu və daha çox yorucu dövrüdür. Bu dövrdə baş verən proseslər normal iqtisadi proseslərə vərdiş olmuş fiziki və hüquqi şəxslərdə bir növ şok effekti yaradır. Bu, bütün iqtisadi sistemin normal fəaliyyətini pozur və ödəmə qabiliyyətli məcmu tələbat, ictimai kapitalın təkrar istifadəsi şəraiti prosesinin pozulması baxımından malların təkrar istehsalında, firmaların kütləvi şəkildə iflasa uğramasında, işsizliyin artmasında və digər sosial-iqtisadi sarsıntılarda öz əksini tapır. Bu dövr insanlarda daha dərin izlər qoyur, daha çox maddi və sosial itkilər baş verir.
Stabilləşmə dövrünün təsirləri birinci dövrdən fərqli olaraq daha az olur. Artıq bu dövrdə iflas edən iflas edib, işini itirən işini itirib, yəni artıq insanlar və müəssisələr bu prosesə vərdiş olmuşlar. Bu dövrdə artıq bazarda olan xırda və idarəetməsi zəif olan müəssisələr bazardan çıxmış və yalnız hegemon şirkətlər rəqabət aparır. Stabilləşmə dövri bir tərəfdən böhranın dib nöqtəsi kimi görünsə də , digər tərəfdən bu dövrün yaxşı tərəfi ondan ibarətdir ki, iqtisadiyyatın formasından asılı olaraq müəyyən vaxt sonra yerini inkişaf dövrünə buraxır.
Inkişaf dövrünü bədii dildə desək, güclü yağan yaz yağışından sonra çıxmış günəşli hava kimi xarakterizə etmək olar. Amma bir önəmli və fərqli nüansı qeyd etmək istərdim. Inkişaf dövründə yalnız o fiziki və hüquqi şəxslər inkişaf edə edə bilir ki, hansılar ki, bu proseslər vaxtı böhran sözünün təhlükəsində batmayıb, müəyyən çətinliklərə sinə gələrək gizli imkanları kəşf edir. Bu inkişaf prosesində daha çox olmayan məhsul və xidmət üzə çıxaran insan və təşkilatlar uğur qazana bilərlər. Odur kı, bugünki müəyyən itkilərinizə baxmayaraq öz üzərinizdə işləyin, peşəkar xüsusiyyətlərinizi inkişaf etdirin ki, bir müddət sonra ehtiyac olmayan, vaxtı keçmiş resursa çevrilməyəsiniz.
Həyatımızın demək olar ki hər mərhələsində sözün əsl mənasında yaşadığımız böhran iqtisadiyyatımızda 2014 cü ilin sonlarından etibarən özünü göstərməyə başladı. Bir müddət sonra bir sıra müəssisə və təşkilatların, əsasən də bank və bank olmayan kredit təşkilatlarının iflasına səbəb oldu. Isszilərin sayı artdı. Təhlil edəndə görürük ki, hələki iqtisadi böhranın dib nöqtəsinə, yə'ni stabilləşmə dövrünə keçid etməmişik. Bu prosesin bir neçə müddət davam edəcəyi gözlənilir. Normal iqtisadi inkişaf dövrünə keçməyimiz yaxın dövr üçün hələki əlçatan görünmür.
Müəllif: Nüsrət XƏLİLOV, İqtisadçı
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
2 saat əvvəl
“Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və keçirir”
-
2 saat əvvəl
“Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır”
-
3 saat əvvəl
Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır
-
5 saat əvvəl
“NAS Project BOKT”ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"GameStop"dan "eBay" üçün 55,5 milyard dollarlıq təklif - "Amazona ciddi rəqib olacaq"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır
Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir
BP Azərbaycanda zavod inşa edəcək
5 metr uzunluğa malik yeni nəsil "Wuling Starlight L" təqdim edilib - Azərbaycanda da təqdim olunması planlaşdırılır
İtaliyanın Baş naziri Meloni Azərbaycana səfərə gəldi
"GameStop"dan "eBay" üçün 55,5 milyard dollarlıq təklif - "Amazona ciddi rəqib olacaq"
"İran Hörmüz boğazında istənilən ssenariyə hazırdır"
PULLU Adam olmaq üçün ilk addımını at ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır






.jpg)








.jpg)






