Yuanın rəsmi məzənnəsi 11 ildə ilk dəfə 7-nin üzərində müəyyən edildi - MƏZƏNNƏ MÜHARİBƏSİ
Çin Mərkəzi Bankı (PBOC) yuanın gündəlik istinad məzənnəsini (yuan fiksasiyası) 2008-ci ildən bəri ilk dəfə 7 səviyyəsinin üzərində müəyyən edib.
"Marja" xəbər verir ki, PBOC dollar qarşısında gündəlik istinad məzənnəsini Cümə axşamı günü 7.0039 səviyyəsində təyin edib (1 dollar = 7.0039 yuan). Bank, yuan fiksasiyasını 2008-ci ildən bəri ilk dəfə 7 səviyyəsinin üzərində müəyyən edib.
Çin xaricində əməliyyat olunan yuan dollar qarşısında 08:18-də 0.22 mənfidə 7.0701-dən əməliyyat olunub.
PBOC bu həftənin əvvəlindən gündəlik istinad məzənnəsini zəif səviyyələrdə müəyyən edir. Mərkəzi Bankın bu siyasəti yuanın ucuzlaşmasına səbəb olur. Eyni zamanda, qlobal məzənnə müharibəsi narahatlıqlarını da artırıb. Qlobal bazarlar, Bankın elan etdiyi istinad məzənnəsini yaxından izləyir.
Ötən həftə ABŞ Prezidenti Donald Tramp Sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəyini açıqladıqdan sonra, Çin milli valyutası yuanın ucuzlaşmasına icazə verib.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
3 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
6 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
6 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib
Oktyabrın 2-də gözlənilən hava şəraiti
























