Xarici ekspert: Azərbaycan “Şimal-Cənub” layihəsinin ən rahat iştirakçısıdır - RƏYLƏR
Azərbaycan bir sıra mühüm regional nəqliyyat layihələrində iştirak edir. Bunlardan biri də Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsidir.
Bəs, Azərbaycan bu layihənin realaşmasında hansı rola malikdir və dəhlizin perspektivləri nədir?
Məsələni şərh edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Andrey Kazantsev Azərbaycanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin qərb hissəsinin əsas marşrutu olduğunu bildirib:
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Araşdırmalar İnstitunun baş elmi işçisi Andrey Kazantsev:
“Bu marşrut tam istifadə olunmayıb deyə “Şimal-Cənub” layihəsinin çox böyük perspektivləri var”.
“Dəhliz ilk növbədə Hindistan ilə ticarət kontekstində vacibdir və burada üstünlüklər aşkardır. Azərbaycan mövcud geosiyasi vəziyyətdə “Şimal-Cənub”la bağlı malik olduğu müqayisəli üstünlükləri istifadə etmək üçün çox şey edir. Bu zaman Azərbaycan hakimiyyətinin üzərinə düşən əsas məsələ regionda sülhü təmin etmək və investorlar üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Rusiya isə öz növbəsində ilk olaraq Azərbaycan və İran üzərindən Hindistanla ticarətin inkişaf etdirilməsində maraqlıdır. Xüsusilə də əgər söhbət Rusiya-Hindistan xətti üzrə əməkdaşlığın inkişafından gedirsə, bu marşrut tam istifadə olunmayıb deyə “Şimal-Cənub” layihəsinin çox böyük perspektivləri var. Çünki Hindistan uzun müddətdir Pakistandan yan keçməklə Avrasiyanın şimalına kontinental marşrut əldə etməyə can atır”.
MDBMİ-nin Qlobal Problemlər Mərkəzinin baş elmi işçisi Aleksandr Tokarevə görə coğrafiya və iqtisadiyyat ilk növbədə Azərbaycanın "Şimal-Cənub"da iştirakını diktə edəcək.
"Azərbaycan, Rusiya, İran və Hindistan “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəaliyyət göstərməsində maraqlıdır. Belə ki, Çinə rəqib olan Hindistan öz mallarını “Şimal-Cənub”la Avropaya daşımaq uğrunda mübarizə aparacaq. Rusiya isə öz növbəsində yüksək texnoloji malların təchizatında maraqlıdır. Lakin hər şey İrana və bu ölkədə inkişaf etməmiş nəqliyyat infrastrukturuna dirənir. Bu mənada Azərbaycan qonşusu ilə müqayisədə böyük üstünlüyə malikdir.
MDBMİ-nin Qlobal Problemlər Mərkəzinin baş elmi işçisi Aleksandr Tokarev:
“Azərbaycan obyektiv olaraq “Şimal-Cənub” layihəsinin adekvat, ən rahat iştirakçısıdır”.
"Azərbaycanın üstünlüklərindən biri də onun Rusiya ilə İranı birləşdirən yeganə ölkə olmasındadır. Məlum səbəblərdən Ermənistan və Gürcüstandan dəhliz tikmək ən azından Rusiya və Gürcüstan arasında olan ziddiyətlərdən dolayı çox problemlidir. Azərbaycan obyektiv olaraq “Şimal-Cənub” layihəsinin adekvat, ən rahat iştirakçısıdır.
Azərbaycan çoxvektorlu siyasət çərçivəsində Çinlə strateji münasibətlərə can atacaq və bu qlobal dünyada adekvat yanaşma sayılır. Lakin perspektivdə respublika daha çox “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini inkişaf etdirəcək. Coğrafiya və iqtisadiyyat ilk növbədə Azərbaycanın "Şimal-Cənub"da iştirakını diktə edəcək. Bu zaman Azərbaycan həmin konteyner daşınmaları üçün çox gözəl tranzit ölkəsi rolunu oynayacaq".
Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.
Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb və dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. “Azərbaycan Dəmir Yolları” QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon ton təşkil edəcək.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 13 d. əvvəl
- 25 d. əvvəl
-
40 d. əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
2 saat əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Ən çox oxunanlar
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq























