AtaBank-a “əmanətçilərə bildiriş göndərin” göstərişi verilib
AtaBank-a sığortalanmayan şərtlər ilə əmanət yerləşdirmiş əmanət sahiblərinin Banka dəvət olunmaları barədə göstəriş verilib. Məqsəd, qorunmayan əmanətləri qorunan əmanətlərə çevirmək və Bank barədə veriləcək qərardan sonra onların da kompensasiya ala bilmələrini təmin etməkdir.
“Bizim “AtaBank”da apardığımız qiymətlədirməyə əsasən qeyd edə bilərəm ki, Bankda çox ciddi likvidlik və maliyyə dayanıqlığı problemləri var”.
Marja-nın məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Rüstəmov, “Biz artıq AtaBank ilə bağlı öz təkliflərimizi formalaşdırmışıq”, -deyərək sözlərinə velə davam edib:
“AtaBank ilə bağlı atılacaq hər hansı addım Mərkəzi Bankla Maliyyə Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu arasında ciddi koordinasiya tələb edir. Belə məsələ birinci dəfə deyil, bu məsələlər Maliyyə Sabitliyi Şurasında müzakirə edilir. Maliyyə Sabitliyi Şurası qarşısında öz təkliflərimiz hazırlamışıq və bu gün təqdim edəcəyik. AtaBankın qorunan əmanətçiləri üçün qeyd etmək istəyirəm ki, əmanətləri üçün heç bir qorxu yoxdur. Atabank ilə bağlı görüləcək tədbirin xarakterini deyə bilmərəm, çünki qərar Maliyyə Sabitliyi Şurasında qəbul ediləcəkdir. Əmanətlərin tam sığortalanması haqqında qanunun qüvvəsinin başa çatmasına az qalıb. Amma AtaBank barədə qərar qanunun qüvvədə olduğu müddətdə veriləcəkdir. Əmanətlər ilə bağlı heç bir problem yoxdur, ola da bilməz. Biz AtaBankda qorunmayan əmanətlərin də olduğunu müəyyən etmişik. Bankın rəhbərliyinə təkidlə tövsiyə etdik ki, həmin əmanətçilərə bildiriş göndərilsin, onlar Banka gəlib əmanətlərini sığortalanmış əmanətə çevirsinlər. Onlar az sayda adamlardır, amma özümüzə borc bildik ki, bu addımı da ataq.
Biz istəyirik ki, çox qısa müddətdə AtaBank-ın əmanətçiləri öz əmanətlərindən istifadə edə bilsinlər”.
Elman Rüstəmov “Bəs şirkətlərin cari hesablarındakı vəsaitlərin telehi necə olacaq” sualına “Mən demədim ki, AtaBank bağlanacaq” şəkilində cavab verərək sözlərinə belə davam edib:
“AtaBank barədə qərarın xarakteri mənə məlum deyil. Bizim təklif var, amma mən təklifi indi açıqlaya bilmərəm, bu, komanda intizamına uyğun olmaz. Qəbul olunacaq qərar haqqında ictimaiyyətə məlumat veriləcək. Biz istəyrik ki, qərar qısa müddətdə qəbul edilsin. Məsələ uzandıqca bir banka görə cəmiyyətdə bank sistemi haqqında mənfi fikir yaranır”.
Mərkəzi Bankın sədri bildirib ki, AtaBank-dakı ciddi problemlərin səbəbi Bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kreditlərin ayrılmasıdır:
“Bankı idarə edən şəxslər tərəfindən çox riskli layihələrə kreditlər verilib. Bu gün həmin kreditlər geri qayıtmır. Bankın kredit portfeli ciddi problemlidir. Həmişə belə olur - kreditlər riskli layihələrə verilir, sonra kreditlər qayıtmır, Bank kapitalını itirir və sonra əmanətçilərin və şirkətlərin pullarını qaytarmaq olmur”.
Xatırladaq ki, 30 Sentyabr 2019-cu il tarixində “AtaBank” 532 milyon 74 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 374 milyon 712 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Eyni tarixdə, Bankda müştərilərin depozitləri 286 milyon 268 min manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 253 milyon 9 min manat, hüquqi şəxslərin müddətli depozitləri isə 3 milyon 530 min manat, hüquqi və fiziki şəxslərin tələbli depozitləri isə 29 milyon 728 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 6 saat əvvəl
-
8 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
8 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
8 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
8 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
9 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
9 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"





























