“SOCAR Polymer” MMC Caspian Energy Forum Baku – 2017-nin partnyoru oldu
“SOCAR Polymer” MMC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru oldu.
“Biz Caspian Energy Forum – 2017 kimi irimiqyaslı tədbirin partnyoru olduğumuz üçün çox şadıq. Forumda ölkədə həyata keçirilən iqtisadi islahatların öz əksini tapdığını görəcəyimizi gözləyirik. Bu məsələ forumun birinci sessiyasında müzakirə olunacaq. Biz Caspian European Club-un fəaliyyətini yüksək qiymətləndirir və bundan sonra da CEİBC-nin təşkil etdiyi tədbir və biznes-forumların bir hissəsi olmağa hazırıq. Öz ixracat imkanlarını inkişaf etdirmək niyyətində olan bir şirkət kimi bizə biznesin həm yerli, həm də əcnəbi nümyəndələrini dinləmək, həmçinin dünyanın müxtəlif ölkələrindən olan xarici şirkətlərin rəhbərləri ilə ünsiyyət qurmaq çox maraqlı olacaq”, - deyə “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.
“Tədbirlərimizdəki fəal iştirakına və göstərdiyi dəstəyə görə biz “SOCAR Polymer” MMC şirkətinə minnətdarıq. Ümid edirik ki, qurduğumuz bugünkü əməkdaşlıq gələcəkdə daha da genişlənəcək”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.
“SOCAR Polymer” MMC dövlət-özəl sektor əməkdaşlığı əsasında yaradılmış neft-kimya şirkətidir. Layihə Sumqayıt Kimya Sənaye Parkı ərazisində ildə 200 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsalı üzrə iki zavodun inşasını nəzərdə tutur.Polipropilen istehsalına 2018-ci ilin birinci rübündə, yüksək sıxlıqlı polietilen istehsalına isə 2018-ci ilin üçüncü rübündə başlanılacaq. İstehsalat həcminin 70 faizi Avropa, Türkiyə və Rusiyaya ixrac olunacaq. İstehsalatın yerdə qalan hissəsinin isə yerli bazarda idxalın əvəz olunmasına yönəldilməsi planlaşdırılır.
“Fikrimizcə, burada mühüm məqam Caspian Energy Forum – 2017-də Azərbaycan Prezidenti, Caspian European Club və Caspian American Club-un Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları dəstəkləyən və bu prosesdə fəal iştirak edən hökumət nümayəndələrinin, nəhəng şirkət və təşkilat rəhbərlərinin iştirakıdır. Biz Azərbaycan Prezidenti Administrasiyasına, xahişimizi müsbət cavablandıran və iqtisadi islahatların ilkin nəticələrinə həsr olunmuş forumun işinə qatılmağa, həmçinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətləri narahat edən problem, məsələ və təkliflərin müzakirəsində spiker və iştirakçı qismində çıxış etməyə razılıq verən bütün hökumət üzvlərinə və Milli Məclisin deputatlarına, nazirlərə, dövlət komitələrinin, dövlət agentliklərinin və dövlət şirkətlərinin rəhbərlərinə təşəkkür edirik”, - deyə Telman Əliyev vurğulayıb.
Caspian Energy Forum-2017-yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin baş sponsoru Azersun Holding, sponsorları “Veysəloğlu” şirkətlər qrupu, Cross Caspian Oil and Gas Logistics LLC, PolyMart və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “SOCAR Polymer” MMC, “NABUCCO A&C” MMC, SİNAM, “Nərimanfilm”, “Azpetrol Ltd” MMC, AzMetco ASC və ASE EXPRESS & OCS, DSV-dir.
Forumda iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçilməlidir: http://caspianenergyforum.com/index.php/en/ registration
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 saat sonra
-
-
7 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
16 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)

















