“KBR” və BP Azərbaycan ilə bağlı müqavilə imzalayıb
Mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı şirkətlərindən biri olan və mərkəzi ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” şirkəti Azərbaycan və digər ölkələrdə texniki xidmətlərin göstərilməsi üzrə “BP International Limited” şirkəti ilə iki qlobal müqavilə imzalayıb.
KBR-in saytında verilən məlumata görə, birinci müqavilə konseptual mühəndislik xidmətlərinin göstərilməsini, ikinci müqavilə isə İlkin Detallı Layihələndirmə (FEED) və FEED mühəndislik xidmətlərini əhatə edir. Hər iki müqavilə üç il müddətinə imzalanıb və əlavə iki il müddətinə uzadıla bilər.
Müqavilələr Azərbaycan, Alyaska, Anqola, Meksika Körfəzində, İndoneziya, Oman, Trinidad və Birləşmiş Krallıqdakı quru, dəniz, sualtı qazma, yeni və köhnə yataqlarda mühəndislik xidmətlərini əhatə edir.
BP şirkəti ilə 50 illik uğurlu işgüzar münasibətləri olan KBR BP-nin Azərbaycanda həyata keçirdiyi “Şahdəniz-2” layihəsi də daxil olmaqla bir çox layihəsində iştirak edib.
Qeyd edək ki, 2013-cü ilin dekabrında BP Exploration Limited ilə KBR şirkəti arasında “Şahdəniz-2” layihəsi üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işləri üzrə dəstək xidmətlərinin göstərilməsi məqsədilə müqavilə imzalanıb. Müqavilənin iş həcmi bir-biri ilə körpü vasitəsilə birləşdirilən iki platformadan ibarət “Şahdəniz-2” kompleksi üçün dənizdə mühəndis-layihələndirmə işlərinə dəstəkdən, Səngəçal terminalında hər birinin gücü gündə 900 milyon kubfut olan iki qaz texnoloji xəttindən ibarət qaz emalı qurğusuna və gündə təxminən 105 min barrel gücə malik kondensat emalı qurğuları üçün quruda mühəndis-layihələndirmə işlərinə dəstək xidmətlərindən, təchizat-tədarük xidmətlərinin göstərilməsindən, layihə üzrə məlumatların idarə olunması üçün inteqratordan ibarətdir.
2015-ci il martın 18-də isə KBR şirkəti ilə SOCAR arasında mühəndislik xidmətləri üzrə birgə müəssisənin təsis edilməsi haqqında saziş imzalanıb. Baş ofisi Bakıda yerləşən SOCAR-KBR birgə müəssisəsi Azərbaycanda dünya standartlarına uyğun müxtəlif layihələr həyata keçirir.
Dünyanın ən iri təbii qaz yataqlarından olan “Şahdəniz-2” Avropa bazarına Xəzər qazının çatdırılması ilə qitənin enerji təhlükəsizliyinin artmasına kömək edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
17 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
26 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























