“SOCAR Capital” və UNEC konfrans keçirib
Aprelin 14-də Təhsil Nazirliyi, “SOCAR Capital” şirkəti və UNEC-in birgə təşkilatçılığı ilə “Qlobal kapital bazarları və Azərbaycanda bu sahədəki yeniliklər” mövzusunda konfrans keçirilib.
Konfransda UNEC, “SOCAR Capital” və Bakı Fond Birjasının (BFB) rəhbərliyi və mütəxəssisləri, eləcə də UNEC tələbələri iştirak edib. Konfransın təşkilində məqsəd Azərbaycanda iqtisadiyyat və maliyyə sahələrində mütəxəssislərin hazırlandığı əsas təhsil ocağı olan – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinə qlobal kapital bazarı və Azərbaycanın qiymətli kağızlar bazarındakı mövcud vəziyyət haqqında məlumat vermək, eləcə də ölkənin ən böyük şirkəti olan SOCAR-ın qiymətli kağızlarla əlaqəli əməliyyatları ilə tanış etmək olub.
Təqdimat tədbirini açıq elan edən UNEC rektorunun müşaviri Elşən Bağırzadə universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi və real iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması üçün görülən işlər barədə məlumat verdi. Bildirildi ki, UNEC müxtəlif beynəlxalq layihələrə qoşulmaqla iqtisadiyyatın ayrı-ayrı sektorları, o cümlədən qiymətli kağızlar və kapital bazarları üçün yüksək səviyyəli mütəxəssislər hazırlamağı hədəfləyir. Belə tədbirlər və tələbələrin mütəxəssislərlə görüşləri isə bu prosesə böyük dəstəkdir.
Tədbirdə təqdimatla çıxış edən SOCAR-ın Kapital bazarları üzrə baş məsləhətçisi və “SOCAR Capital” şirkətinin Məşvərət Şurasının üzvü Əli Ağaoğlu dünyanın kapital bazarları, burada baş verən proseslər, kapital bazarlarının dünya iqtisadiyyatı üçün əhəmiyyəti barədə geniş məlumat verdi. Onun sözlərinə görə, son illər qiymətli kağızlar biznes və dövlətlər üçün vəsaitlərin cəlb olunması baxımından ən mühüm vasitələrdən birinə çevrilib.
SOCAR-ın qiymətli kağızlarla bağlı fəaliyyətinə toxunan Ə.Ağaoğlu SOCAR İstiqrazları, onların buraxılma səbəbi, istiqraz emissiyası üçün görüən işlər barədə məlumat verdi. Bildirdi ki, SOCAR İstiqrazlarının buraxılmasında əsas məqsəd əhalinin indiyədək istifadə etmədiyi vəsaitlərini iqtisadiyyata cəlb etmək və onlara qazanc gətirməkdir. Məhz bu səbəbdən, SOCAR İstiqrazları indiyədək olmayan güzəştli və zəmanətli şərtlərlə buraxılıb. Əhali bu investisiya alətinin üstünlüyünü dərhal hiss edib və hazırda SOCAR İstiqrazları ölkədə ən çox alınıb-satılan qiymətli kağızdır.
Konfransda Bakı Fond Birjasının (BFB) icraçı direktoru Vüqar Namazov Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı və mövcud vəziyyəti barədə təqdimatla çıxış edib. Onun sözlərinə görə, müxtəlif mərhələlərlə inkişaf edən Azərbaycanın kapital bazarında hazırda dünyanın ən qabaqcıl texnoloji sistemlərindən istifadə olunur. V.Namazov BFB-də kapital bazarı ilə bağlı qoyulan tələblər və standartlar, eləcə də birjadakı alətlər və ticarət mexanizmi barədə məlumat verdi. Onun sözlərinə görə, hazırda birjada ən çox alnıb-satılan qiymətli kağızlar məhz SOCAR İstiqrazlarıdır.
Konfransda Əli Ağaoğlunun «Gələcəyin İqtisadiyyatı» mövzusundakı çıxışı tələbələrin böyük marağına səbəb olub. Ekspert bu çıxışında gələcəkdə texnologiya və maliyyə sahələrində baş verəcək yeniliklər və bunların dünya iqtisadiyyatına göstərəcəyi təsirlərə toxunub. Onun sözlərinə görə, yeni texnologiyalar və onların gətirəcəyi dəyişikliklər sadəcə iqtisadi amillərə deyil, həyatımızın bütün sahələrinə toxunaraq, böyük yeniliklərə səbəb olacaq. Ekspert tələbələrə özlərini daha da inkişaf etdirməyi və bu yeniliklərə hazır olmağa tövsiyə etdi. Tələbələr bu çıxışı və çağırışı alqışlarla qarşıladılar.
Konfransda qeyd olundu ki, belə tədbirlər, burada səslənən məlumat və fikirlər həm tələbələrin tədris prosesinə müsbət töhfə verəcək, həm də gələcəkdə əmək fəaliyyətləri zamanı faydalana biləcəkləri mühüm məlumat mənbələrindən birinə çevriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
8 d. əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
15 d. əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 31 d. əvvəl
- 47 d. əvvəl
-
51 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
1 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Avqustun 14-də gözlənilən hava şəraiti
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Ən çox oxunanlar
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində


























