Neft, kvotanın 1 ay uzadılması ilə bahalaşır
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və tərəfdaşları, qlobal neft bazarındakı təklif artıqlığını və yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar olaraq zəif davam edən neft tələbinə qarşı hasilatın 9,7 milyon barel azaldılması müddətini 1 ay uzadıb.Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.
Marja xəbər verir ki, qərar neft qiymətlərinin yüksəlməsini dəstəkləyib.
Bakı vaxtı ilə saat 09:15-də Brent nefti 2% bahalaşma ilə 43,16 dollardan, Qərbi Texas nefti isə 1,6% bahalaşma ilə 40,19 dollardan alıcı tapıb.
Bu gün Brent neftin qiyməti 43,40 dolları, Qərbi Texas neftinin qiyməti isə 40,38 dolları test edib.
Razılşamaya görə, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 milyon barrel, qeyri-OPEC ölkələri isə 3,616 milyon barrel azaldacaqlar. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 milyon barrel həcmində ixtisar edəcəklər.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 saat sonra
-
18 d. əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət:14,2 milyon manatlıq layihə: Yağlar istehsal olunacaq
-
22 d. əvvəl
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Ən çox oxunanlar
"Bank Respublika" nizamnamə kapitalını artırır
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi




























