"Problemli kreditlərdən xilas olmaq üçün "pis bank" yaratmağı planlaşdırır"
Avropa Mərkəzi Bankının (AMB) problemli kreditlərin toplanması üçün "pis bank" yaradacağı iddia edilir.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, məlumata malik iki mənbəyə görə, Avropa Mərkəzi Bankı koronavirus böhranından sonra ödənməyəcək milyardlarla avro məbləğindəki kreditin öhdəsindən gələ bilmək üçün bir layihə üzərində çalışır.
Layihə, əgər artan işsizlik əhalinin gəlirini azaldarsa və kreditlər ödənə bilməyəcək vəziyyətə gələrsə, kommersiya banklarını ola biləcək ikinci böhrandan qorumağı hədəfləyir.
Məlumat verən mənbələrdən biri, AMB-nin, problemli kreditləri (ödəmə vaxtı keçmiş kreditləri) üzərinə götürəcək bir "pis bank" qurulması üçün hərəkətə keçdiyini bildirib. AMB pis bank modelinə dair bir açıqlama verməyib.
Avro bölgəsində az qala yarım trilyon avroya çatan kredit borcunun tamamilə ödənməsinin aşağı bir ehtimal olduğu düşünülür. Rəsmi statistikalara görə, bu borclara kredit kartı borcları, avtomobil və ev kreditləri də daxildir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 saat sonra
-
16 d. əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət:14,2 milyon manatlıq layihə: Yağlar istehsal olunacaq
-
20 d. əvvəl
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Ən çox oxunanlar
"Bank Respublika" nizamnamə kapitalını artırır
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi



























