PAŞA Bank-dan regionda bir ilk
Regionda ilk dəfə PAŞA Bank çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi ilə NICE Actimize proqram təminatını təqdim etdiAzərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə aparan müasir proqram təminatının yaradılmasını uğurla həyata keçirmişdir.
Bankın yaydığı məlumata görə, Dünyanın müxtəlif növ maliyyə cinayətlərinə qarşı mübarizə vasitələri hazırlayan şirkətlərdən biri olan NICE Actimize tərəfindən yaradılan bu proqram regionda ilk dəfə olaraq PAŞA Bank tərəfindən təqdim edilmişdir.
Hərtərəfli bir proqram həllinin köməyi ilə NICE Actimize Banka Müştəri əməliyyatlarının və məlumatların qorunmasını daha yüksək səviyyədə təmin etməyə, çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində bütün aparıcı standartlara və təcrübələrə riayət etməyə, habelə əməliyyatlarının bu sahədəki beynəlxalq qanun və qaydalara uyğunluğunu təmin etməyə imkan verir.
NICE Actimize proqram təminatının tətbiq olunan komponentləri Banka əməliyyat xərclərini azaltmağa, bu sahədə fəaliyyətlərin avtomatlaşdırılmasına, şəxslərin və təşkilatların şübhəli əməliyyatlarının erkən mərhələlərdə aşkarlanmasını təmin etməyə imkan verir. Bu texnoloji həll fırıldaqçılıq nəticəsində maliyyə itkisi ehtimalını da aradan qaldırır və tənzimləmə sanksiyalarından yayınır. Beləliklə, NICE Actimize-də quraşdırılmış proqram maliyyə mənbələri ilə bağlı mümkün olan qeyri-qanuni hərəkətlərə qarşı effektiv şəkildə mübarizə aparır və müştəri əməliyyatlarının qorunma səviyyəsini artırır.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, 2018-2020-ci illər üçün Bankın inkişaf strategiyası PAŞA Bank-ın biznes modelinin transformasiyasını və yüksək texnoloji həllərdən fəal istifadəsini nəzərdə tutur.
“Bunu nəzərə alaraq dəyişən tənzimləmə tələblərinə və mümkün təhdidlərə operativ reaksiya vermək üçün maliyyə qurumları təhlükəsiz, etibarlı və eyni zamanda çirkli pulların yuyulmasına qarşı çevik vasitələrə ehtiyac duyur. Bu sahədəki liderlərdən biri olan NICE Actimize-dən yeni hərtərəfli bir həllin tətbiqi PAŞA Banka maliyyə axınının şəffaflığının təmin edilməsi üzərində nəzarəti daha da gücləndirməyə və həm Azərbaycanda, həm də xaricdəki müştərilərinin maksimum qorunmasını təmin etməyə imkan verəcəkdir "
Qeyd edək ki, NICE Actimize şirkətinin hərtərəfli həlli Barclays, Scotiabank, Societe Generale, Union Bank, Brown Brothers Harriman və dünyanın digər aparıcı maliyyə qurumlarında tətbiq olunaraq uğurla istifadə edilmişdir. PAŞA Bankın əməliyyat fəaliyyətinə bu proqram təminatının yeridilməsi NİCE-nin rəsmi ortağı - Türkiyənin 3-D Bilişim Teknoloji şirkəti tərəfindən həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 3 saat əvvəl
-
3 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















