Əmanətçilərə kompensasiya ödənişi 551 milyon manatı keçdi
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 23 min 570 qorunan əmanətçisinə 551 milyon 510 min manat kompensasiya ödəyib.
Bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 9,5 min əmanətçisi 221 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisi 133,8 milyon manat, “AGBank”ın 4,3 min əmanətçisi 81,5 milyon manat, “NBC Bank”ın isə 4 min əmanətçisi 115,2 milyon manat kompensasiya alıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















