“Rystad Energy”: 2050-ci ilədək tələbatı ödəmək üçün daha çox neftə ehtiyac var
Qarşıdakı 30 ildə qlobal tələbatı ödəmək üçün hazırda hasil olunan ehtiyatlardan əlavə 313 milyard barreldən çox neftə ehtiyac var.
Bu barədə mərkəzi ofisi Osloda yerləşən “Rystad Energy” şirkəti məlumat yayıb. Bildirilir ki, bu tələbatı ödəmək üçün 2050-ci ilədək kəşfiyyat proqramlarının inkişaf etdirilməsi ilə 139 milyard barrel yeni karbohidrogen mənbəyinin aşkarlanması lazımdır. Bu, son onillikdəki kimi azalan kəşfiyyat fəaliyyətlərinin davam edəcəyi təqdirdə, qeyri-mümkün görünür. Nəzəri olaraq, 2021-2050-ci illər arasında inkişaf etməmiş ümumi tədarük 248 milyard barrelə çatacaq. Bununla yanaşı, “Rystad Energy” mövcud vəziyyətə əsaslanaraq təxminən 74 milyard barrel neft hasilatı ehtimalının olmadığını və yeni kəşflərə ehtiyac duyulacağını qeyd edib.
Hazırkı layihələrin 2021-2050-ci illər arasında 378 milyard barrel karbohidrogen tədarükünə töhfə verəcəyi proqnozlaşdırılır. Gələcəkdəki kəşfiyyat işləri sənayenin normalarına uyarsa, bərpaolunan mənbələr təxminən 5 faiz və ya 18 milyard barrel artıracaq. Hazırda kəşf olunmayan ərazilərdə gələcəkdə kəşfiyyat qazma işləri nəticəsində aşkar ediləcək təxminən 121 milyard barrel yeni tədarük mənbəyi var.
1990-cı ildən 2020-ci ilə qədər olan dövrdə təxminən 617 milyard barrel karbohidrogen aşkarlanıb və kəşf edilən bu həcmlərin təxminən 25 faizi 2020-ci ilə qədər istehsal edilib. Bu, kəşfiyyat işlərini qarşıdakı 30 il ərzində tələb olunan 121 milyard barrel karbohidrogenin kompensasiya etmək üçün 2050-ci ilə qədər təxminən 484 milyard barrel yeni mənbənin aşkarlanmasının lazım olduğunu göstərir. Ənənəvi kəşfiyyat qazma işləri ilə qlobal tələbatı ödəmək üçün 2050-ci ilədək 330 milyard barrel civarında neft çıxarmaq lazımdır.
Şirkət qlobal kəşfiyyat müvəffəqiyyət nisbətinin kəskin şəkildə azaldığını, 2010-cu ildəki təxminən 72 faizdən 2020-ci ildə 17 faizə düşdüyünü açıqlayıb. 2050-ci ilə qədər ortalama 15 və ya 20 faiz arasında müvəffəqiyyət nisbəti gözlənilir. Hər il təxminən 500 quyunun və ya 15 faiz müvəffəqiyyət nisbəti ilə 650 quyunun qazılması lazımdır. Dərin dəniz qazma işləri gələcəkdə yeni kəşflər baxımından üstünlük təşkil edəcək. Kəşfiyyat qazma işlərinin illik xərcləri 25 və ya 33 milyard dollar arasında dəyişəcək ki, bu da quyu xərclərini təxminən 50 milyon dollara çatdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 6 saat əvvəl
-
7 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq




















