Əczaçılıq şirkətlərinin peyvəndlərdən nə qədər qazanacaqları hesablanıb
ABŞ-ın dərman şirkəti Pfizer ilə Almaniyanın BioNTech və ABŞ-ın Moderna şirkətinin Covid-19 peyvəndlərindən 2021-ci ildə cəmi 32 32 milyard dollar qazanacaqları gözlənilir.Koronavirus pandemiyasında bir çox ölkə ikinci dalğa ilə mübarizə edərkən, Almaniyanın bio-texnologiya şirkəti BioNTech ilə əməkdaşlıq edən ABŞ-ın Pfizer şirkəti və Moderna şirkəti tərəfindən istehsal edilən koronavirus peyvəndlərinin paylanmasına və istifadəsinə başlanıb.
Marja xəbər verir ki, Wall Street-in birja analitiklərinə görə, Pfizer/ BioNTech və Moderna 2021-ci ildə Covid-19 peyvəndlərinin satışından cəmi 32 milyard dollar qazanacaqlar.
ABŞ-ın sərmayə bankı Morgan Stanley tərəfindən nəşr olunan hesabata görə, Pfizer şirkətinin 2021-ci ildə koronavirus peyvəndindən 19 milyard dollar gəlir əldə etməsi gözlənilir.
Morgan Stanley, Pfizer-in 2020-ci ildə peyvəndlərdən əldə etdiyi qazancın 975 milyon dollar olduğunu açıqlayıb, 2022 - 2023-cü illərdə koronavirus peyvəndində daha 9.3 milyard dollar qazanacağını bildirib.
Pfizer qazancını əməkdaşlıq etdiyi Almaniyanın BioNTech şirkəti ilə bölüşəcək.
MODERNA 13,2 MİLYARD DOLLAR GƏLİR ƏLDƏ EDƏCƏK
ABŞ sərmayə bankı olan Goldman Sachs tərəfindən nəşr olunan məlumatlara görə, 2021-ci ildə ABŞ-ın bio-texnologiya şirkəti olan Moderna-nın hazırladığı koronavirus peyvəndindən 13.2 milyard dollar gəlir əldə etməsi gözlənilir. Morgan Stanley isə , Moderna sərmayəçilərinin 2021 və 2022-ci illərdə peyvənd satışından 10 - 15 milyard dollar qazanmasının gözlənildiyini bildirib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 saat sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























