"İndi al, sonra ödə" 31 milyard dollar dəyərə çatdı
2020-ci ilin Sentyabr ayında 11 milyard dəyəri olan və həmin vaxt 650 milyon dollar sərmayə alan ödəniş xidmətləri şirkəti Klarna 31 milyard dollar dəyərə çatıb və əlavə 1 milyard dollar yeni sərmayə alıb.İsveçin "indi al, sonra ödə" ödəniş xidmətləri şirkəti Klarna, bazar ertəsi günü 1 milyard dollarlıq yeni sərmayə toplamaq turunu açıqlamasının ardından, altı aydan qısa bir müddət ərzində dəyəri az qala 3 dəfədən çox artaraq 31 milyard dollara çatıb.
Marja xəbər verir ki, Klarna-nı Avropanın ən qiymətli startapı edən yeni sərmayə cəlbetmə turunda dörd qat tələb olub. 2020-ci ilin Sentyabr ayında, Şirkət, 11 milyard dollar dəyərə çatması zamanı 650 milyon dollar cəlb etmişdi.
90 MİLYON MÜŞTƏRİSİ VAR
Şirkət, sərmayənin 1%-ini, dünya səviyyəsində təməl davamlılıq çətinliklərinə fokuslanan və 22 Aprel Dünya Günündə başlayacaq yeni yaradılan bir startapa yatırdacağını açıqlayıb.
2015-ci ildə qurulan Klarna-nın veb saytında yer alan məlumatlara görə, ödəniş xidmətləri şirkətinin 90 milyon aktiv istifadəçisi var. 250 min ticarət və xidmət şirkəti Klarna-nın xidmətləri ilə ödənişləri yığır. Müştərilərin etdikləri onlayın alış-verişlərin ödənişlərini irəli dövrlərdə həyata keçirmələrini təmin edən Klarna kimi ödəniş xidmətləri, gənclərin borca düşdükləri barədə narahatlıqlara səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 7 saat əvvəl
-
8 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















