Tesla yenə eniş-yoxuş burulğanındadır – ekspertlər fərqli proqnozlar verir
Bəzi analitiklər şirkətin bu il daha çox dəyər qazanacağını, digərləri isə kəskin enişə məruz qalacağını iddia edir.ABŞ-ın elektromobil istehsalçısı və təmiz enerji şirkəti, hamının yaxşı tanıdığı Tesla Inc. son bir il ərzində bazar kapitallaşmasını 800 milyard dollara qədər artırıb.
Marja xəbər verir ki, indi də özünü “Texnokral” adlandıran qalmaqallı Elon Maskın şirkəti təkcə 2020-ci il ərzində 650% dəyər qazanıb. Doğrudur, bu ilin fevralında şirkət kəskin bazar dəyəri itirərək, 600 milyard dollarda qərarlaşıb, lakin son həftələrdə yenidən geri dönüş edərək, hazırda təxminən 679 milyard dollar həcmində qiymətləndirilir.
Böyük Britaniyanın Lansdowne Partners investisiya idaretmə şirkətinin fond meneceri Per Lekander qeyd edir ki, Tesla sanki bir sabun köpüyüdür və süni şəkildə şişirdilib, əslində isə tezliklə bugün diqtə etdiyi bazar dəyərini itirəcək və o zaman digər ənənəvi avtomobil istehsalçılarına yatırım edən bəzi investorlar bundan yaxşıca qazanacaq: “Fikrimcə, bu il ənənəvi sənaye nəhəngləri, real istehsalçılar bazara geri dönəcəklər”.
Lekander hazırda 119 milyard avro (149 milyard dollar) həcmində qiymətləndirilən Volkswagen barədə daha optimist olduğunu bildirib.
ABŞ-ın özəl investisiya şirkəti Wedbush Securities-in analitiki Dan İves isə əksinə, ilin əvvəlindəki volatil başlanğıcdan sonra, Teslanın yenidən dəyər qazanmağa başladığını deyir: “Elektromobil istehsalını genişləndirməsi və cari ilin martında Çində tələbatın artması Teslanın uğuruna müsbət təsir göstərir. Qeyri-sabit yanvar və durğun fevraldan sonra proses müsbətə doğru gedir”.
Per Lekander bununla razılaşmır: “ABŞ-da CISCO-ya, Avropada isə Nokia-ya baxın, buna ən yaxşı sübutdur. Hər ikisi bir zamanlar fantastik sürətlə artdılar və bazarın liderinə çevrildilər, amma sonra 80%-ə qədər enişdən xilas ola bilmədilər. İndiki texnoloji ajiotajın da sonu gələcək”.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























