AstraZeneca vaksininin arxasındakı “yumşaq güc” getdikcə bahalaşır
Koronavirus peyvəndinin biotexnologiya bölümü 425 milyon dollar bazar dəyərinə çatıb.Koronavirus infeksiyasına qarşı qlobal miqyasda ilk istifadə olunan vaksinlərdən ən öndə gedəni AstraZenecanı biotexnologiya məhsulları ilə təmin edən VacciTech startapı investorlardan 168 milyon dollar vəsait cəlb edib.
Marja xəbər verir ki, Oksford Universitetində yaradılan startap AstraZenecanın əsas təbliğat və texnoloji platformasına çevrilib və bu peyvəndin hazırlanmasında əldə olunan təcrübəni digər yoluxucu xəstəliklərin müalicəsində də tətbiq etmək niyyətindədir.
Peyvənd eksperti və VacciTech-i quranlardan biri Sara Gilbert dünyada ilk COVID peyvəndlərindən olan AstraZenecanın hazırlanması prosesində ilk başdan sona qədər iştirak edib. VacciTech-in baş direktoru Bill Enright maliyyələşmədə cəlb etdikləri vəsaiti yeni klinik tədqiqatlara xərcləyəcəklərini bildirib: “İndi biz daha səmərəli müalicə metodlarını təsdiq edən yeni məlumatlar və tədqiqatlar üzərində işləməyə hazırıq”.
İlkin maliyyələşmədə VacciTech-in əsas maliyyə məsləhətçisi Böyük Britaniyanın M&G Investment Management şirkəti olmuş, investorlar arasında isə Kaliforniyanın biotexnologiya qrupu Gliead Sciences, Çinin texnologiya şirkəti Tencent və Monakonun Konstitusiya Ehtiyat Fondu xüsusilə böyük maraq göstərmişlər. VacciTech növbəti aylarda ilk dəfə olaraq açıq satışa – Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsinə gedir. AstraZeneca peyvəndi qlobal miqyasda özünü doğrultsa, VacciTech-in sürətlə dəyər qazanacağı şübhəsizdir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 9 saat sonra
-
1 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
-
4 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib

























