Elon Mask Ayı fəth edəcək - bu dəfə 2,9 milyard dollara
SpaceX NASA-dan yeni sifariş alıb.PayPal və Teslanın qurucusu, qalmaqallı milyarder Elon Maskın Amerikan aviakosmos istehsalçısı və kosmik nəqliyyat xidmətləri şirkəti SpaceX ABŞ astronavtlarını Yerin tək təbii peyki olan Ayın səthinə qaldırmaq üçün kosmik gəmi inşasına dair Amerika Milli Aeronavtika və Kosmos Qurumunun (NASA) keçirdiyi tenderin qalibi olub.
Marja xəbər verir ki, SpaceX digər məşhur milyarder, Amazon şefi Ceff Bezosun qurduğu Blue Origin kosmik araşdırma şirkətini üstələyərk, 2,9 milyard dollarlıq sövdələşməni qazanıb.
NASA ötən gün tenderin nəticələri barədə rəsmi açıqlama verərək, SpaceX-in növbəti podratçı olaraq təxminən 2024-cü ildə Aya səyahəti gerçəkləşdirəcəyini bildirib. Elon Maskın şirkəti əsas rəqibi Blue Origindən daha yaxşı qiymət təklifi verib. Tenderdə iştirak edən üçüncü şirkət - Dynetics-in nə qədər vəsait tələb etdiyi barədə məlumatlar açıqlanmasa da, bəzi mənbələr bu rəqəmin digər iki iddiaçıdan qat-qat yüksək olduğunu bildirir.
NASA kosmonavtları bununla 1972-ci ildən sonra Ay səthinə növbəti dəfə qalxmış olacaqlar. “Biz bu müqaviləni ona görə SpaceX-ə verdik ki, onun təqidm etdiyi büdcə növbəti illər üçün gerçək rəqəmləri əks etdirir” - NASA rəsmisi Mark Kirsiç bildirib.
SpaceX NASA ilə artıq buna qədər bir neçə uğurlu əməkdaşlıq ediblər. İlk dəfə 2008-ci ildə tərəflər arasında Beynəlxalq Kosmik Stansiyanın təchizatı ilə əlaqədar 1,6 milyard dollar məbləğində müqavilə imzalanıb. 2011-ci ildən SpaceX NASA-nın ekipajlı Commercial Crew Proqramına qoşularaq, yeni kosmik gəminin inşası üçün 75 milyon dollarlıq, 2012-ci ildə isə 440 milyon dollarlıq sifariş alır. 2014-cü ildə NASA SpaceX-lə amerikan astronavtlarının idarə olunan kosmik gəmi Dragon V2 vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya çatdırılması üçün 2,6 milyard dollarlıq yeni müqavilə imzalandığını elan etdi. 2019-cu ildə SpaceX idarə olunan kosmik gəmi Dragon 2-nin ekipajsız şəkildə Beynəlxalq Kosmik Stansiyaya sınaq uçuşunu uğurla başa çatdırdı. Həmin ildə SpaceX-in daşıyıcı raketi Falcon 9 Yerətrafı orbitə 60 kosmik peyk çıxarmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)





